Gün ərzində özümüzə danışdığımız 10 yalan

Amerikalı psixoloqlardan olan bir xanım deyir ki, biz insanlar adətən gün ərzində özümüzə 10 “Səmimi yalan” danışırıq. Səmimi yalan –  Özümüzü inandırdığımız mühakimələr deməkdir.
Və həqiqətəndə biz həyatımızı bu səmimi yalanlar üzərində qururuq.

Məsələn:

– Mən çox gücsüz insanam
– Mən istedadsızam
– Məndən uğurlu adam olmaz və.s.

Və ya əksinə:

– Mən çox ağıllıyam
– Mən çox mədəniyəm
– Mən çox güclü adamam və.s.

Ya da kiməsə demək ki, mən kinli adam deyiləm, halbu ki, kimsə sizin xətrinizə deyəndə bu ən azı bir ay sizin yadınızdan çıxmır.

Əslində isə bunların heç biri nə doğru nə də yanlış deyil.

Lakin özümüzə dediyimiz bu sözlər bizim reallığa baxışımızı formalaşdırır və özümüzü inandırmağımız üçün başlayırıq dediyimiz kimi də davranmağa.
Məsələn biz iddia etsək ki, biz tənbəlik heçnə etməyə həvəsimiz yoxdur, biz günümüzü ona uyğun da reallaşdıracağıq. Nəsə təklif gəlsə qəbul etməyəcəyik, yerimizdən durmayacağıq, bütün günü yerimizdə fırlanıb sosial şəbəkələrdə qurcalanacağıq. Lakin biz güclü olduğumuzu idda edəndə, bunu sübut etmək üçün məhs bu cür davranmağa başlayırıq.

Məsələn ruhani natiq Emmet Foks da bənzərini söyləyir. O qeyd edir ki: Bizim şuuraltımızın imkanlarının sərhədləri yoxdur, lakin onun sərhədlərini özümüz müəyyənləşdirirk. Şuuraltımıza hər hansısa bir idealogiyanı yerləşdirdikdə, şuuraltımız o ideyani reallaşdırmaq üçün,  realizasiya mexanizmasını işə salır və bütün resurs və imkanlardan istifadə edir.

Ona görə də yoldaşlar, özümüzü inandıraq ki, bu günümüz möhtəşəm keçəcək! Beynimiz də avtomatik olaraq bunun üçün çalışsın və möhtəşəm alındıra bilməsə də ən azından gözəl etsin :)

© Murad Məmmədov  (facebookda izlə)

Həmçinin bax: Murad Məmmədov – Uğurun Xəritəsi kitabı

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma