Konsertdə soyunan qızlar

Bir neçə gün öncə bir xanım və bir bəy yoldaşla publardan birində konsertə getdik. Öncədən rezerv etdiyimiz masada əyləşib bir qədər dincimizi aldıqdan sonra, təxminən il yarım öncəyədək o kafenin daimi müştərisi olduğum zamanları xatırladım və bu xatirələrimi yanımdakı yoldaşlarla bölüşməyə başladım:

– Bu oğlanın bu kafedə vaxtları var idi e, demək olar hər gün, hər konsertdə burada idim. Hətta bir dəfə konsertlərin birində rəqs zamanı necə yü ksək emosional həddə çatmışdımsa, əynimdəki maykamı belə çıxarmışdım. Sonra kafenin idarəçiləridən biri yaxınlaşıb geyinməyimi istədi, amma məncə bu yanlış idi. Çünki səhnədəki musiqiçilərin də soyunduqları məkan idi, xüsusən də, rock konsertlərdə.

Mənim bu fikirlərimdən sonra digər iki yoldaş da öz fikirlərini bildirməyə başladılar və biz açdığım söhbəti müzakirə etməyə davam etdik. Müzakirə davam etdikcə söhbətin məcrası da dəyişməyə başladı və biz artıq rock konserti zamanı kişilərlə qadınların üst (qurşaqdan yuxarı) geyiminin soyunmaları arasındakı fərqi müzakirə edirdik.

Müzakirə əsasında aşağıdakı fikirlər məlum oldu:

– Masadakı bəy hesab edir ki, belə bir konsertdə bəyin soyunması normal, qadının soyunması isə ayıbdır.
– Xanım hesab edir ki, hər ikisinin soyunması yanlışdır və bu etik deyil.
– Mən hesab edirəm ki, mənim konsertdə emosional həddə çatıb istidən və adrenalin partlayışından t-shirtimi çıxarnmağımda məkana uyğun olaraq qeyri etik heçnə yoxdur. Və əgər mən belə birşeyi özümə rəva bilirsəmsə, deməli, başqa bir xanımın da bunu etməsində mənim üçün heç bir ayıb birşey yoxdur. Çünki hansısa bəy özünə etməyi rəva bildiyi şeyi xanımın etməsinə rəva bilmirsə, bu bir başa olaraq cinsi ayrıseçkilik, yəni diskriminasiyadır. Həmçinin belə çıxır ki, özünü qadından üstün tutur, mənə olar, ona yox.

Mən bilirəm bir çoxlarınız mənimlə razılaşmayacaq. Amma biz nə qədər qadın sinəsinə intim zona kimi, kişinin sinəsinə isə adi bir nahiyə kimi baxacağıqsa, bir o qədər də qadını gözümüzdə seksual obyekt kimi görməyə davam edəcəyik. Axı həqiqətənmi qadının döşlərinin kişi döşlərindən cəmi bir neçə santi metr irəlidə, çıxıntılı formada və giləsinin bir qədər daha iri və başqa rəngdə olmasıyla fərqlənməsi onu daha intim edir, kişidə isə adi birşeyə çevirir ? Sizcə də burada məntiq çatışmazlığı yoxdurmu ? Bir neçə sm daha irəlidirsə olmaz…

Məsələn aşağıdakı fotoda dünyaca məhşur futboçlu Cristiano Ronaldodur. Mən əminəm ki, içinizdə ən qatı dindarı və ya seksist olanı belə, Ronaldonun bütün dünyanın gözü qarşısında soyunan zaman onu qinamayıb. Və bu sadəcə ona görədir ki, o kişidir. Və döşləri çıxıntılı deyil :)

Nəticədə isə xüsuən də şərq ölkələrində qadınlar sinələrinə (bədəninə) görə utanır və gizlədir, kişilər isə utanmır və nümayiş etdirir. Məncə gündəlik həyatda qadın sinəsindən ehtiraslanan bəylər varsa, deməli onlarda seksual aclıq var və bu ümumiyyətlə başqa problemlərə də yol aça bilər. Mənim məqsədim və istəyim qadınların küçədə sinəsi açıq gəzməsi deyil. Mənim istəyim və fikirlərim odur ki, insanlar daha açıq düşüncəli olmalı, çərçivələrini maksimum genişləndirməlidirlər. Hansısa qadın bir qədər sinəsi açıq geyindiyi zaman, ona əxlaqsız kimi yanalışılmasın, onda hər kəslə yatacaq potensial görülməsin. Bütün bunların baş verməsi üçün isə, gərək qadın bədəninə, qadın sinəsinə seksual obyekt kimi yanaşılmasın.

© Murad Məmmədov  (facebookda izlə)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma