murad mammadov məqalə

Kişi/Qadın niyə xəyanət edir ?

22 yaşım olanda paralel olaraq 2 qadınla görüşürdüm. Yəni eyni anda hər ikisinə xəyanət etmiş sayılırdım. Hər ikisi bunu bilirdi və eyni zamanda onlardan biri bir kişi ilə, digəri isə bir neçə kişi ilə mənə xəyanət edirdilər. Bəli, mən də onların mənə xəyanət etdiyindən xəbərdar idim. Sonra bəzi hadisələr baş verdi və mən əvvəlcə biri ilə, 3 il sonra isə digərilə ayrıldım. Lakin hər iki şəxslə olan münasibətimdə yaşanan xəyanət, bu məqalədə yazacağım xəyanətdən fərqlidir. Məsələ burasındadır ki, həmin qadınlardan biri seks biznesilə (loru dildə, fahişəliklə) məşğul idi, digəri isə evli idi. Bu səbəbdən hər ikisinin mənə xəyanət etdiyini bilib, mən də hər ikisi ilə münasibətdə olaraq öz aləmimdə onlara xəyanət edirdim.

Amma bu gün bəhs edəcəyim xəyanət, əsl xəyanətdir. Yəni partnyoru xəyanət etmədiyi təqdirdə, bir şəxs öz partnyoruna niyə xəyanət edə bilər ? Bu mövzu məni bu günlərdə çox düşündürdü, düşündüm və öz aləmimdə bəzi cavablar tapdım. Bu düşüncələrimi sizinlə də bölüşmək istəyirəm.

Əminəm ki, bu yazını oxuyan əksəriyyətinin dostu var. Mənim də həmçinin. Məsələn bir dostum var, o dostumla görüşüb babat əylənə bilirəm, içki içib qəm dağıda bilirəm. Amma nə qədər etsəm də, bu dostum mənə heç bir zaman mənəvi dəstək olmayıb, istəməmişəm. Amma özü hiss etməli idi, bütün günü birlikdəsən, görür axı sənə mənəvi dəstək lazımdır… Lakin heç vaxtı bu dəstəyi mənə göstərməyib. Ona bildirmədən zaman-zaman ondan incimişəm buna görə. Lakin bu yaxınlarda dərk etdim ki, bir şəxsdən hər şeyi istəmək, gözləmək, ummaq, çox yanlışdır.

Axı biz bilir və dərk edirik ki, ideal insan yoxdur, mümkünsüzdür. Ən azından heç özümüz də belə deyilik…Ona görə dostumuzun hər biri bizə bir başqa xüsusiyyətinə görə dəyərlidir. Kimisi ilə yaxşı içib əyləndiyimizə görə, kimisi ilə fəlsəfi söhbətlərə, mənəvi dəstəyə və sairə xüsusiyyətlərə görə müxtəlif insanlarla, necə deyərlər, “durub otururuq”.

Sevgi münasibətlərimizdə, daha dəqiq desək partnyorumuzla münasibətlərdə isə ən çox üstünlük verdiyimiz xüsusiyyət yüksək səviyyəli seks bacarığıdır. Kim ki, deyir əsas daxili gözəllikdir filan, o adam ən azından özü-özünü aldadır. Çünki əks cinslə münasibətdə şəhvət hissi, onunla yatmaq istəyi də paralel olur. Yaxşı, bəs əgər partnyorumuz bizi yataqda tam olaraq qane edirsə, onunla sərhədsiz sekslə məşğul ola biliriksə, yenə də xəyanət istəyi ola bilərmi, başqa biri bizi cəzb edə bilərmi, edərsə, niyə edər ?

Bir neçə sətr yuxarıda qeyd etdiklərimə görə ola bilərmi ? Əlbəttə.. İdeal dost olmadığı kimi, ideal partnyor da yoxdur. Hansısa əks cins yaxşı sevişir, hansısa yaxşı danışır, hansısa daha çılğındır, hansısa daha dəlisov, hansısa… hansısa… hansısa…

Və insan… Heç zaman sahib olduqları ilə kifayətlənməyən təbiətə sahib bir varlıq. Fəhləlikdən şöbə müdirliyinə, şöbə müdirliyindən departament rəhbərliyinə, idarə heyətinə, nazirə, baş nazirə, prezidentliyə, allahlığa meyl edən bir varlıq. Bu dərəcədə istəkləri, arzuları tükənməyən bir varlıq, bir partnyorda yalnız bir xüsusiyyətilə necə kifayətlənsin axı. Yazıq, özündən asılı deyil. Məndən də asılı deyil, ondan da asılı deyil, səndən də asılı deyil…

© Murad Məmmədov  (facebookda izlə)

murad mammadov məqalə

“Kişi/Qadın niyə xəyanət edir ?” üçün 2 şərh

  1. Salam. Yazdığınız sözlərin yekun nəticəsi “xəyanətə göz yumun boş verin getsin” düşüncəsini ortaya gətirir. Əslində isə bu göz yumulmaz bir şeydir. Ailənin dağılmasına səbəb olan hır bir şey göz yumulmazdır. Və xəyanət bunların başında gəlir. Xəyanət olan bə xəyanəti normal qarşılıyan bir cəmiyyət uçuruma gedər. Ən azından qeyrət anlıyışı olan hər kəs bu düşüncədədir…

    Bəyən

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma