Evə oğlan atan qız və ya parkda öpüşən cütlük.

İki gün öncə bir çox xəbər saytları heç bir etik qaydalara əməl etmədən, evə şam yeməyinə oğlan dostunu dəvət edən qız haqqında xəbərlər paylaşdı. İş burasındadır ki, ana evə gəlib qapını döyüb, qızı açmayıb, cavab verməyib, ana da fövqaladə hallar nazirliyinə zəng edib, FHN də qapını sındıraraq içəri girib, içəridə isə onları qız və şam yeməyinə dəvət edən oğlan dostu qarşılayıb.

İlk öncə bu tamamilə biyabırçılıqdır. FHN qapını açıb ok, görüb ki hər şey qaydasındadır, bəs qızı polisə aparmaq nə idi ? Nəysə, bu məsələni burada qoyub keçirəm aşağıdakı fotoya:

Bu fotonu təxminən bir il öncə, 28 maydakı Səməd Vurğun bağı adlanan park ilə üzbəüz olan parkda çəkmişəm. Gənclərin üzü görünmədiyindən yayımlamağımda bir qəbahət görmürəm. Parkda skamyada oturduğum zaman bu gənclər diqqətimi çəkdi, diqqətlə baxdığım zaman gördüm ki, yazıq oğlan əynindəki sport gödəkçəni başlarına çəkib, gödəkçənin altında məhəbbətlə məşğuldurlar, yəni öpüşürlər. Fotonu çəkdiyim zamandan təxminən bir il öncə isə metroda öpüşən cütlüyü hansısa mədəniyyətsiz day-day təpikləmişdi. Gəncləri görən zaman düşündüm ki, bəlkə həqiqətən də, ictimai yerdə öpüşməyə bilərlər, axı nə məcburdur gödəkçənin altında istidən boğula boğula bu əzaba qatlanmaq ? Sonra düşündüm ki, axı bu oğlan qızı valideynləri ilə qaldığı evə apara bilməz, qız da həmçinin.

Bir sözlə, metroda öpüşsələr, kimsə təpikləyəcək, parkda gödəkçəsiz öpüşsələr polis gələcək ki, ictimai asayişı pozmusan, bəs camaatın “anası bajısı var”, evə də getmək olmur. Bəs bu yetimlər harada öpüşsünlər axı ?

Əslində məsələ çox bəsitdir:

Problem –  Valideynlər övladlarını evlənənə qədər az qala evlənəndən sonra da yanlarında saxlayırlar. Bu səbəbdən gənclər əks cinslə rahat görüşüb, öpüşə bilmirlər. Cəmiyyətimiz hər nə qədər inkişaf etsə də, hələ də keçmiş nəsillərdən ötürülən lakin heç kimin dəqiq olaraq nə olduğu, hansı rəngdə olduğu bilinməyən “namus, qeyrət” prinsipi ilə yanaşırlar bir çox məsələlərə. Polis isə hüquqi olaraq heç bir əsası olmasa da, gənclərin valideynlərindən xəbərsiz görüşməklərindən istifadə edərək gəncləri hədələyir, gənclər də valideynlərindən qorxduqları üçün zibilə düşüb polisə heç bir əsası olmayan cərimə və ya rüşvət ödəyirlər.

Problemin həlli – Gənclər maksimum çalışıb, müasir və inkişaf etmiş ölkələrdə olduğu kimi, 18 yaşına çadıqdan sonra bənzər hadisələrlə rastlaşmamaq üçün və rahat həyatlarını yaşamaları üçün kirayə çıxıb ayrı yaşamalıdırlar. Cəmiyyət isə rəngini, dadını və qoxusunu bilmədiyi lənətə gəlmiş “namus, qeyrət” yanaşmasından əl çəkib, qarşılaşdığı hadisələrə məntiqlə, humanistlik və tolerantlıqla yanaşmalıdır. Valideynlər övladları ilə dost olmalı, onları rüşvətxor polis qarşısında gözü kölgəli etməməlidir.

Sonda isə sizə tövsiyəm sevin, öpüşün, sevişin heç kəsi də vecinizə almayın. Başqasının hüququnu pozmayan şəxsi istəkləriniz sizin haqqınızdır!

© Murad Məmmədov  (facebookda izlə)

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma