murad mammadov məqalə

Əslində hamımız bir az Sapioseksualıq.

Bunu etiraf etmək hər nə qədər çətin olsa da, gəlin etiraf edək ki, hər nə qədər tolerant, humanist və ön yarğısız biri olsaq belə, hər birimiz həyatımızda bir dəfə də olsa, küçədə gəzərkən və ya hansısa bir məclisdə görünüşcə bir-birinə yaraşdırmadığımız cütlük olub.

Bəli ən məsum düşüncə və saf niyyətlə olsa belə, bir dəfə də olsa düşünmüşük ki, axı bu qızın (oğlanın) yanındakı adam bu şəxsə yaraşmır. Bu özü daha gözəldir (yaraşıqlıdır).

Şübhəsiz ki, bizim gözəllik anlayışımız da, özü özündən formalaşmır, necə formalaşdığını az sonra izah edəcəm. Lakin artıq olan olub, bizim əksəriyyətimizin beynində belə bir modellər formalaşıb. Bəs necə olur ki, bəzən bizim gözəl hesab etdiyimiz adamla, yaraşıqlı hesab etmədiyimiz və ya əksinə olan cütlüklər bərabər olurlar, partnor olurlar ?

Bunu izah etmək üçün bir az daha dərinə enəcəm. İlk öncə deyim ki, bizim daha öncədən gördüyümüz ümumi qəbul olunmuş anlayışlar və faktlar əsasında beynimizdə məlumat bazası formalaşır. Sonra isə bənzər hadisələrlə rastlaşanda, ilkin əldə etdiyimiz məlumatlara əsaslanaraq fikir formalaşdırırıq. Məsələn biz ilk dəfə küçədə yaşayan “bomj”, evsiz eşiksiz tüfeyli həyat sürən insan gördüyümüz zaman, görürük ki, onun əynində cırıq sökük, çirkab içində olan geyimlər var. Və biz ilk dəfə gördüyümüz üçün kimdənsə soruşanda ki, bu kimdir ? Bizə deyirlər ki, bu “bomj”dır. Və biz bu şəxsi və ya daha sonradan bir neçə də bu tərz insanı gördükdən sonra, bizim beynimizdə “bomj” tipi formalaşır. Daha sonradan biz hətta küçədə soyğuna məruz qalmış, döyülüb yerdə sürütlənmiş milyoner görsək belə, sabah hansısa tv-də onun milyoner olduğunu öyrənməyincə və ya özü ilə ünsiyyətdə olub onun fikirlərini öyrənməyincə biz onun da “bomj” olduğunu düşünəcəyik.

Gözəllik anlayışı da bizim şuuraltımızda eynilə belə formalaşır. Gözümüzü açandan şampun, alt paltarı, qoruyucu və sairə məhsulların reklamlarında çəkilən oğlanlar, qızlar. Həmçinin keçirilən “gözəllik” yarışmalarında iştirak edənlər bizə gözəllik meyarı kimi təqdim olunurlar. Bu məlumatlar bizim şuuraltımıza oturur. Daha sonradan biz küçədə gördüyümüz insanların gözəlliyini şuuraltımıza oturan bu məlumatlara əsasən dəyərləndirməyə, ölçməyə başlayırıq.

Bayaqkı sualımın cavabına gəldikdə isə, məsələ burasındadır ki, biz hətta “gözəllik” meyarlarımıza uyğun gəlməyən insanlarla belə müxtəlif və hətta partnor münasibətləri belə qura bilirik. Bu isə ona görə baş verir ki, biz o insanlarla daha yaxın ünsiyyətə keçirik. İlkin olaraq görünüşə görə qiymətləndirsək belə, daha sonradan o insanla davamlı ünsiyyətdə, əlaqədə olduqdan sonra, onun görünüşü bizim üçün adiləşməyə başlayır. Adiləşmə əksinə düşündüyümüz zaman belə baş verir. Hazırda əlinizdə olan mobil telefon və ya komputer məsələn. İlk əldə etdiyiniz zaman sizi necə valeh edirdi ? Görünüşü, dizaynı, əlinizin altındakı rahatlığı. Lakin siz onunla işləməyə başladıqdan bir müddət sonra, siz onun bu xüususiyyətlərindən daha çox, onunla gördüyünüz işlərə daha çox diqqət edirsiniz, baxmayaraq ki, onu aldığınız günlər görünüşü daha ön planda idi. Əlimlər iddia edirlər ki, bir şeyin insan üçün adiləşməsinə 21 gün tələb olunur. Bundan sonra o şey sizin üçün adiləşməyə (lk gündəki kimi düşünməməyinizə səbəb olmağa) başlayır.

İnsanın zahiri görünüşü də adiləşməyə başladıqca bir növ görünüşünün fərqinə varmamağa başlayırıq, görünüş arxa fona keçdikcə, ön plana o insandan aldığımız digər təsüratlar önə çıxmağa başlayır. Məsələn onun zövqü, düşüncələri, intilekt səviyyəsi və sairə. Münasibətdə olduğum xanımlardan biri mənə etiraf etmişdi ki, mənimlə ünasibətdə olana qədər, hər hansısa bir əlilliyi olan şəxslə münasibətdə ola biləcəyini ağlının ucundan belə keçirməzdi. Çünki bu düşüncələrində olan meyarlarla uyğun gəlmirdi.

Əslində hamımızın daxilində bir az sapioseksuallıq ( Sapioseksual elə insandır ki, intellekti, fikirləri ən cazibədar xüsusiyyət hesab edir) var. Lakin daha öncədən şuuraltımıza oturmuş məlumat bazası, bizi materialist olmağa dəvət edir. Amma biz, aldığı ilkin məlumatlarla kifayətlənib içimizdə oturan uşağa, yetişkin bir insanın həyata baxışına, insanlarla olan davranışına, onlara bəslədiyi rəğbətə təsir etməyə icazə verməməliyik. Hər kəsə və hər şeyə toxunaraq, hiss edərək, o adiləşəndən sonra qərar verməliyik. Çünki biz artıq uşaq deyilik və bizim aldığımız məlumatlardan əlavə fərdi düşünmə, analiz etmə, araşdırma qabiliyyətimiz var.

Əşyalara, heyvanlara və insanlara ön yarğı ilə yanaşmadan öncə, onların sizə daha yaxın olmalarına şans verin. Bəlkə də bu şans, özünüzə verdiyiniz şansdır…

19.06.2019
© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma