Bloqumda ən çox oxunan 5 yazı (+18)

Salam :) Bu yazımda, http://www.mammadovmurad.com bloqumun statistikasına əsasən, ən çox oxunan 5 yazını sizinlə bölüşürəm. Bu yazıların nə üçün çox oxunmasının təxmini səbəbini uzun araşdırmadan sonra irəli sürmək  olar.  Ən maraqlısı isə odur ki, ilk üçlüyü, əks cislə münasibətlər və intim mövzularda olan yazılar tutur. Yeniyetmələrin beyinlərini qarışdırmamaq üçün, özümü siğortalıyaraq başlığa +18 bildirişi əlavə edirəm, baxmayaraq ki, xüsusi bir məqamlar yoxdur. Beləliklə lets go :)

  1. Azərbaycanda qızla necə tanış olmaq olar ?

    Yazımda Azərbaycanlı gənc bəylərin, əks cinslə komunikasiya və münasibət qurmaq problemlərindən bəhs edirəm, çıxış yolları təklif edirəm

  2. Seksdə daha önəmli şeylər var.
    Yazı əlilliyi olan şəxslərin əks cinslə münasibətlərinə və seks həyatına qarşı mövcud olan stereotiplərlə əlaqəlidir. Hər zamankı kimi, həyat təcrübəmə və qarşılaşdığım hadisələrə əsaslanmışam.
  3. Əks cinslə münasibətin maraqsızlaşmaması üçün bunları edin.

    Münasibətlərin monotonlaşmaması üçün, münasibətə rəng və həyəcan qatmaq üçün, öz təcrübəmə və elmi yazılara əsaslanaraq təkliflər irəli sürmüşəm.
  4. “Uğurun Xəritəsi” Kitabının online sifarişi.

    Buna yazı deməyə də bilərik. Müəllifi olduğum adı çəkilən kitabın sifariş səhifəsidir, səhifədə həmçinin kitabın təqdimatından video reportaj var. Və bu səhifə ən çox daxil olunanlar arasında 4-cü yerdədir.

  5. Özünə inamı artırmağın 4 üsulu.

    Hamımız bilirik ki, dünyaca məhşur uğurlu şəxsiyyətlərin davamlı olaraq sosial uğurlar qazanmasının başlıca səbəbi, özlərinə inanan, güvənən biri olmalarıdır. Bəs özünə inamı az olan biri, bu xüsusiyyəti özündə necə formalaşdıra bilər ? Şəxsən öz təcrübəmi bölüşmüşəm və olduqca praktikidir.

PS. Fikirlərinizi istər yazı istərsə də digər bir formada insanlarla bölüşməkdən çəkinməyin. İcazə verin insanlar və dünya, sizi kəşf etsinlər.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma