Tənha Kişilər – © Murad Məmmədov 16.07.2019
Doğulandan, uşaqlıqdan olmur belə,
Olsada heç xəbəri bundan olmur yenə. Hərəsi bir ayrı hekayə səbəbilə,
Yalnız qalır tənha kişilər.Bişirdikləri yeməklər fərqli dadır,
Hər dəfə də dibi yanır.
Onların ki, odur ki, gələ qabağına hazır, Öyrəşiblər hər səfər başqa yerdə yeməyə, tənha kişilər.
Otaqları başqa bir dünyadır,
Deyil heçnə yerində, hər şey o yan-bu yandır.
Bu gün yenə, ‘hər şeyi səliqəyə salacam’ deyərək,
Yuxudan oyanandır tənha kişilər.
Bəzilərinin vardır dostu, qardaşı,
Baxanda heç deməzsən azdır sirdaşı. Yaxından tanıdıqca anlayırsan,
Doğmalar içində yaddır tənha kişilər.
Yalnızlıqlarını unudmaq üçün, içirlər, Əylənirlər, hər gün başqa bir qadınla şənlənirlər.
Kənardan baxanda çox xoşbəxt görünürlər, tənha kişilər.
Tənhalıq deyil asan, tənha olsan gərək çox şey bacarasan.
Yuyasan, qurudasan, yığışdırasan.
Lazım gələndə öz yaranı özün sarasan. Ona görə çox güclüdür tənha kişilər.
Anası, Atası yoxdur yanında,
Axtarır təsəlli nazlı yarında.
Bir gün o da yarı yolda qoyanda,
Küsür hamıdan, tənha kişilər.