Facebook + Instagram üzərindən satış etməyin qaydaları

Hər kəsə salam. Bu gün ” Hands Art ” sayəsində qazandığım, facebook və instagram üzərindən satış etmək təcrübəmi sizinlə bölüşəcəm. Şübhəsiz ki, ən xırdalığına qədər təkcə bu yazı ilə çatdırmaq mümkün olmayacaq. Lakin yazı xoşunuza gəlsə, müraciət sayından aslı olaraq, rubrika şəkilində hər dəfə bir istiqamətə aid daha geniş yaza bilərəm. Məsələn məhsulunuzun baxımlı məzmununu (fotosunu, videosunu və.s) necə hazırlaya biləcəyinizə dair. Və yaxut da məhsulunuzu facebook və instagram üzərindən necə reklam edə biləcəyiniz haqda

İlk növbədə qeyd etmək lazımdır ki, beynəlxalq arenada sosial şəbəkələr bir başa satış aləti sayılmır, daha çox tanıtım xarakterli istifadə olunur, yəni dolayısı yol ilə satış aləti kimi. Lakin Azərbaycanda bank kartı ilə ödəniş edib, online alış veriş etmək anlayışı çox təəsüf ki, hələ də geniş yayılmadığından, siz şəxsi saytınızın əvəzinə sosial şəbəkə hesablarınız üzərindən də, bir başa satış edə bilərsiniz. Beləliklə başlayaq.

Biznes səhifəsi (hesabı) yaratmaq.

Nə qədər absurd olsa da, hələ də sosial şəbəkənin şəxsi hesabı ilə, biznes pagenin, yəni səhifənin fərqini bilməyən kifayət qədər insan var. Və hətta belə insanlar bunu bilmədikləri üçün, xüsusəndə facebookda şəxsi hesabları üzərindən nəyisə tanıtmağa, satmağa çalışırlar. Sosial şəbəkə üzərindən potensial müştərilərinizlə əlaqə yaratmaq, satış etmək istəyirsinizsə, facebookda məhsulunuza və ya göstərdiyiniz xidmətin kateqoriyasına uyğun səhifə yaradmalısınız.

İnstagramda isə adi hesab açaraq, hesab ayarlarından onu biznes hesaba keçirirsiniz, hər ikisini etməyin birinci mərhələsini aşağıdakı iki foto ilə nəzərinizə çatdırıram.

 

Səhifədə mağaza yaratmaq

İnstagramda belə funksiya olmadığından, yəni məhsullara dair məzmunları bir başa ana səhifəyə yükləndiyindən, virtual mağazanın yaradılmasının facebook üzərindən mümkünlüyü barəsində bəhs edəcəm. İlk növbədə deyim ki, əgər siz facebookda səhifə yaradarkən məhsul və ya xidmətinizə uyğun kateqoriya seçmisinizsə, orada mağaza bölməsi avtomatik olacaq. Yox əgər siz başqa mövzuda seçmisinizsə, səhifənin ayarlarına daxil olaraq, mağaza bölməsini səhifənizə əlavə edə bilərsiniz. Adı foto və video paylaşmaq əvəzinə, mağaza bölməsi əlavə edərək ora məhsul yükləməyin bəzi üstünlükləri aşağıdakılardır:

  • İzləyicilər etdiyiniz paylaşımın konkret olaraq satışda olan bir məhsul olduğunu dərhal anlayırlar.
  • Daha səliqəli görünür. Məhsulun qiyməti, endirimdə olub olmaması, və haqqında ətraflı məlumat bölməsi var.
  • Potensial müştəri konkret bir məhsula daxil olaraq, o məhsula aid mesaj bölməsindən mesaj yazdıqda, müştəriyə əlavə olaraq hansı məhsulunuzla maraqlanmasına dair sual vermirsiniz, çünki mesajın mətni ilə birlikdə məhsulu da görürsünüz.

Facbook Amerikadan daxil olan mağaza sahibləri üçün facebook üzərindən ödəniş də qəbul etmək funksiyası əlavə etsə də, bizdə hələ ki bu finksiya aktiv deyil. Həmçinin instagramda da, fotonu məhsul kimi paylaşmaq və üzərinə qiymət funksiyası əlavə etmək də, hələ ki bizim ölkə üçün əl çatan funksiya deyil. Lakin bu problem deyil, siz bunu yazının gedişində bəhs edəcəyim üsullarla kompensasiya edə biləcəksiniz.

Məhsul və ya xidmətinizə dair məzmunun (fotosu, videosu və.s) yaradılması.

Əgər siz məhsul və ya xidmətinizin satmağa qadir, yəni baxımlı, cəlb edici, müştərini almağa təşviq edən məzmununu hazırlamasanız, bu yazıda deyilənlərin hamısını unuda bilərsiniz. Çünki əgər siz internet, sosial şəbəkə üzərindən satış etmək niyyətindəsinizsə, bilməlisiniz ki, müştəri sizin məhsula nə toxuna, nə də onun ətrini duya bilmir. Həmçinin sosial şəbəkədəki rəqiblərinizlə rəqabətdə də, siz keyfiyyət və ya qiymət nisbətilə rəqabət aparmırsınız, çünki sosial şəbəkədə hər kəs eyni keyfiyyəti vəd edə və eyni qiymətləri yaza bilər. Bəs potensial müştəri kimi seçir ? Toxunmadan hiss etdirən, qoxlamadan ətrini duyduran kontenti, yəni məzmunu. Əminəm ki, bəzən sosial şəbəkələrdə, daha öncələr də yediyiniz adi yeməyin, elə videosunu və ya fotosunu görmüsünüz ki, ağzınızın az qala suyu axıb və sifariş etmisiniz və ya durub özünüz hazırlamısınız və ya durub gedib orada yemisiniz :) Bəli ona görə bilməlisiniz ki, əgər sosial şəbəkə üzərindən satış eetmək üçün, keyfiyyətdən, qiymətdən öncə paylaşacağınız məzmunu düşünməlisiniz. Şübhəsiz ki, keyfiyyət özü özlüyündə olmalıdır. Lakin internetdə satış üçün birinci addım, məzmun, məzmun yenə də məzmun deyirəm. 
Bəs keyfiyyətli məzmun necə hazırlanmalıdır ? Əgər maraqlıdırsa buyurun. mənə yazın və ya bu yazıya sosial şəbəkədə şərh bildirin, məmnuniyyətlə bunun üçün ayrıca ətraflı, geniş bir yazı hazırlayım. Aşağıda kı fotolarda təsis etdiyim “Hands Art” sosial biznesi üçün şəxsən özüm hazırladığım məzmunlardan bir neçə nümunə yerləşdirirəm.

Sosial şəbəkələrdə reklam. 

Artıq sizin sosial şəbəkələrdə biznes səhifələriniz var, gözəl məzmunlar hazırlayıb paylaşırsınız. Lakin sanki nəsə çatışmır, doğrudur ? :) Əlbətdə, axı müştərisiz bütün bunların nə mənası var. Çatışmayan bizim potensial müştərilərimizdir. Və yenə də sosial şəbəkələrin möcüzəvi funksiyaları bizə imkan verir ki, biz çölə çıxmadan, “gəl ay müştəri” qışqırmadan, hətta müştərinin qapısını belə döymədən onun evinə daxil olaq, harada olmasından aslı olmadan ona bir toxunuş qədər yaxın olaq. Qeyd etdiyim məsələləri həyata keçirmək üçün bizə, sosial şəbəkələrin ödənişli reklam funksiyası kömək edir. Mən razıyam, 0 azn büdcə ilə biznesə başlamaq olar, amma o biznesi inkişaf etdirmək üçün yatırım etmək mütləqdir. Və sosial şəbəkələr bizə imkan verir ki, çox az büdcəyə, hətta günə 1 dollar xərcləməklə, bzim məhsulumuzu onlarla insana göstərsin, özü də sırf bizə lazım olan insanlara, kimə gəldi yox.

Online ödəniş qəbul etmək.

Daha öncədən də qeyd etdiyim kimi, facebook və instagramın özündən bir başa ödəniş qəbul etmək mümkün olmasa belə, bunu alternativ variantlarla rahatlıqla kompensasiya edə bilərsiniz. Bu variantlardan biri e-pul.az saytıdır. Məsələn mənim Bank of Baku da, debet kart (şəxsi vəsaiətlərimi əlavə etmək və istifadə etmək üçün bank kartı) hesabım var. İstənilən bir şəxs qeyd etdiyim sayta daxil olaraq, gərəkli instruksiaya riaət edərək, öz bank hesabı kartından sizin bank hesabı kartınıza rahatlıqla köçürmə edə bilir. Və ən əsası köçürmədən dərhal sonra, bir neçə saniyə ərzində pul artıq sizin kart hesabınızda olur və siz o pulu istədiyiniz an çıxara bilərsiniz. Təbii ki sizin kart hesabınız başqa banklara da məxsus ola bilər. Digər bank hesablarına da köçürmə dərhal bir neçə saniyə ərzində oturur ya yox onu bilmirəm. Buna görə də müştərisi olduğum (həmçinin keçmiş iş yerim) olan banka dair təcrübəmi bölüşürəm. Həmçinin köçürməni də, qeyd etdiyim sayt əvəzinə başqa saytlardan edə bilərsiniz. Mənə bu sayt rahat olduğu üçün bu saytdan istifadə edirəm. Çox nadir hallarda çalışmasında xətalar baş verməsini nəzərə almasaq, pis yola getmirik hələ ki.

Daha bir ödəniş qəbul etmə üsulu da, “Milli Ön” ödəniş terminalıdır. Yenə də istənilən bir şəxs, sizin sahib olduğunuz bank kartı hesabınıza, Azərbaycanın istənilən ərazisindən  köçürmə edə bilər. Yenə şəxsən öz təcrübəmə əsaslanaraq qeyd edim ki, sahib olduğum bank kartı hesabıma köçürmə ediləndən dərhal sonra, bir neçə saniyə ərzində pul hesabımda görünür.

Müştərinin köçürməni reallaşdırmasından əmin olmaq üçün, müştəridən elektron və ya fiziki qəbzin şəkilini çəkib göndərməsini xahiş edə bilərsiniz. Və ya müştərisi olduğunuz bankın internet saytı və ya mobil tətbiq etməsi vasitəsilə kart hesabınızıa dair çıxarış edərək, mədaxil olan məbləğləri görə bilərsiniz.

Məhsulu müştəriyə çatdırma.

İlk növbədə sizdən xahiş edirəm,Artıq elə zəmanədir ki, siz şirkət açmadan da, işçi götürmədən də biznes fəaliyyətilə məşğul ola və məhsul sata bilərsiniz. Və hətta çatdırılma xidmətini də, öz işçiniz olmadan həyata keçirə bilərsiniz. Siz bu xidməti kənar şirkətlərin xidmətlərindən istifadə edərək həyata keçirə bilərsiniz. Prosedur çox sadədir, müştəri daha öncədən qeyd etdiyimiz qaydalarla sizə ödəniş etdikdən sonra, siz kuriyer şirkətinə zəng edirsiniz, şirkətin əməkdaşı gəlir sizdən həm xidmət haqqını alır, həm də göndərmək istədiyiniz məhsulu bir neçə saat ərzində müştəriyə çatdırır. Bölgələrə isə poçt vasitəsilə göndərmək mümkündür, rüsumu da çox deyil.

Əziz oxucular, sizə sosial şəbəkədən başladığımız və bir ildən artıqdır sosial şəbəkə üzərindən satış etdiyimiz biznesə əsasən real təcrübəmi bölüşdüm.  Biznesinizin sosial şəbəkədəki inkişafına dəstək olmaq üçün. bu yazıda qeyd edilən hər bir başlığa aid ətraflı, görüntülü geniş yazı yaza bilərəm. Bu sizin yazıya olan marağınızdan və göstərdiyiniz dəstəkdən aslıdır. Dəstəyinizi göstərmək üçün aşağıda qeyd edilən sosial şəbəkə hesablarımı izləyə (follow) bilərsiniz.

Facebookda izlə. Instagramda izlə. Youtubedə izlə.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma