17 yaşlı qızın intiharı

Sadə vətəndaşlar bir günahkar görür, o da qızı məcburi şəkildə evləndirmək istəyən ailəsi.

Lakin burada o qədər günahkar şəxs və qurumlar var ki, mən deyim siz də sayın:

* Bölgələrdə, xüsusən də ucqar rayonlarda hələ də, məcburi evliliklərin həyata keçirildiyini bilən lakin buna göz yuman hüquq mühafizə orqanları.

* Məcburi evliliyin qanuni sənədlərlə təsdiq olunmuş bir cinayət olduğunu və ailələrin bundan çəkinməli olduğunu lazımi
səviyyətə təbliğ etməyən və marifləndirməyən qurumlar.

* Hər dəfə bənzər hadisələr yaşananda, gərəkli reaksiyyanı verməyən, ictimai qınağı formalaşdırmayan, yuxarı instansiyalar səviyyəsinə çatdırmayan vətandaş cəmiyyəti subyektləri.

Saymağa davam edim ?
Baxın bu olduqca vacib məsələdir. Mən hər dəfə Azərbaycanda mövcud olan orta statistik ailə inistutundan bəhs edəndə məhz bu kimi mənfi halları nəzərdə tuturam. Bir çox ölkələrdə hətta uşaq hüquqlarının yüksək səviyyədə qorunduğu bir zamanda, bizim ölkədə çox təsüf ki, yeniyyetmə və gənclərin belə, ailə daxilində hüquqları qorunmur. Yüz minlərlə ailələr, övladlarına şəxsi əşyaları kimi davranaraq bu və ya digər formalarda övladlarına qarşı fiziki, mənəvi zorakılıq tətbiq edərək, şiddət göstərirlər.

Mən bir ictimai fəal olaraq, bu kimi halları şiddətlə qınayıram və lənətləyirəm. Hər bir kəsi də, bənzər hadisələrlə rastlaşdığı zaman kəskin reaksiyalar göstərməyə, yerli və beynəlxalq hüquqlara əsaslanaraq hüquq mühafizə orqanlarına müraciət etməyə səsləyirəm!

Ruhu şad olsun, Tanrı digər dünyada (əgər varsa) onu qorusun! 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma