Niyə təşəbbüskar deyilik ?

9 ildir dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərə gedirəm.

Bu tədbirlərə əksər hallarda Azərbaycandan olan digər bir neçə yoldaşla, komanda olaraq yola düşürük.

Bu tədbirlər zamanı, komandamızda ən diqqətimi çəkən məqamlardan biri, iştirakçılarımızın təşəbbüskar olmamasıdır.
Məsələn əgər fransa komandasının 5 üzvünün 4ü və ya elə 5-də təşəbbüskardirsa, yəni verilən tapşırıqdan, və ya tədbirin proqramından əlavə nələrsə edirlərsə, hansısa təkliflər irəli sürürlərsə, bu bizim komanda da 1 nəfərdə müşahidə olunur. yəni 5 nəfərdən bir üzvümüz bu cür təşəbbüskarlıq edir.

Şübhəsiz ki, bu komanda üzvlərimizin bacarıqsız və ya savadsız olması anlamına gəlmir. Baxırsan yoldaş ali təhsillidir, əcnəbi dili var, sahəsi üzrə biliklidir. Əksinə verilən tapşırıqları zaman – zaman digər ölkələrdən daha yaxşı yerinə yetiririk. Lakin di gəl ki, ancaq verilən tapşırıqları…

Sosial məsələlərlə, problemlərlə məşğul olan biri kimi və eyni zamanda fərdi inkişaf mütəxəsisi kimi, bu mövzu məni çox maraqlandırırdı. Və mən başladım bunun səbəbini analiz etməyə.

Əslində analizin nəticələrini gözləmək çox çəkmədi. Bir neçə yoldaşın həyat tərzini, ailə inistitunu araşdırdıqdan sonra, qərara gəldim ki, gənclərimizin təşəbbüskar olmamaqlarının əsas səbəblərindən biri, ailədə qeyri təşəbbüskar yetişdirilmələri, daha dəqiq desək isə, göstərdikləri təşəbbüslər zamanı, mənəvi, fiziki təziqlərlə qarşılaşmalarıdır.

Sizcə də elə deyilmi ? Hələ lap uşaqlıqdan nəsə söz demək istəyəndə:
* “Kəs səsini, böyüklər danışanda balacalar susar qulaq asar”
* “Uşaqsan, uşaq yerində otur”

Və saiə ifadələrlə, bizim özümüzü ifadə etmə, fikir irəli sürmə əşəbbüsümüzün qolunu qanadını sındırırlar.

Bunun böyüyüb ixtisas seçimi zamanı edilən müdaxilələri var. Və ya ümumiyyətlə ali təhsil almaq istəmədiyin zamanı “oxumayıb dayısı kimi avara olacaq” deyərək, ali təhsilsiz həyata keçirəcəyin planlara qarşı demotivə etmələri var.
Və ən əəən! Pisi, istənilən bir yeniliyi, qeyri ənənəvi addımları tənqdir edərək, min bir üsul ilə bu yoldan döndərmək istəkləri.

Nəticədə, yalnız verilən tapşırıqlar əsasında hərəkət edən, göstərilən yollarla gedən bir cəmiyyət yetişir. Buna müdaxilə etsə, etsə məktəblər edə bilərdi. Amma bu haqda da danışmıram…

Bütün bunlarla qarşılaşan biri, necə gələcəkdə təşəbbüskar olacaq axı ? Psixoloji, mənəvi olaraq bir şəxs bunu necə edə bilər axı ?

Bunun üçün böyüyəndən sonra, ən azı bir neçə il ailədən kənarda qalması lazımdır. Necə ki, bir çoxumuz belə edərək, az da olsa, sonradan təşəbbüskarlıq xüsusiyyətini mənimsəmişik və indi nələrsə etməyə çalışırıq.

Gənclərə tövsiyyəm, əgər təşəbüskarlığınızı bastiran və daima çərçivəli yaşam tərzi ilə yetişdirən bir ailədə böyümüsünüzsə, ilk fürsətdə ailənizdən kənarda yaşamağa cəhd edin, əgər ki, ailə daxilində bunu edə bilmirsinizsə.

Valideinlərə tövsiyyə etmək çox çətindir, çünki hər şey çox bəsitdir. Övladınızın daha xoşbəxt və yaradıcı bir ruha sahib olmasını istəyirsinizsə, onun təşəbbüskarlıqlarını dəstəkləyin, öldürməyin, basdırmayın. Bunu özünüz üçün etmirsinizsə, heç olmasa sağlam və güclü cəmiyyət formalaşması üçün edin.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma