Həftə sonlarını maraqlı keçirmək üçün 5 məkan

Salam dostlar. Çox istərdim ki, bu yazını yay mövsümünün əvvəlində yazım paylaşım, lakin indi alındı. Amma bu o demək deyil ki, aşağıda qeyd edəcəyim məkanlar, qışda fəaliyyət göstərmir. Məncə dincəlməyin, əylənməyin mövsümü olmur. Xüsusən də söhbət həftə sonlarından gedirsə. Beləliklə başlayaq :)

1 – ADO Theatre – Ado teatrı ölkənin ilk müstəqil teatrıdır. Hər həftə sonu olduqca maraqlı tamaşalar İzləyə bilərsiniz. Bununla yanaşı, məkanda film nümayişləri, kitab təqdimatları, rəsm sərgiləri və bənzər tədbirlər də keçirilir. Məkanın özəlliklərindən biri, kollektivin sizlər üçün səmimi mühit yaratmasıdır. Tədbirlərin biletləri ucuz olmaqla yanaşı, bəzi tədbirlərə giriş hətta pulsuz olur.

2 – Flora Hostel Baku Adından da göründüyü kimi, məkan Hostel osla da, açıq səması olan bağında olduqca maraqlı tədbirlər keçirilir. Canlı musiqili konsertlər, film nümayişləri, poeziya axşamları. Bir sözlə, incəsənətdən və yaradıcılıqdan həzz ala biləcəyiniz bütün tədbirlər keçirilir. Tədbirlərə giriş bileti olduqca ucuzdur. Bəzilərinə isə pulsuz. Əlavə olaraq da, kənardan içki və ya çərəz gətirməyə qadağa qoyulmur. Şiddətlə tövsiyyə edirəm.

3 – ETUD & Cafe Bar – Xüsusən Jazz sevənlər mütləq getsinlər. Əlavə olaraq digər janırda olan canlı misiqili partilər də keçirilir. Fərqli və keyfiyyətli musiqidən zövq alaraq dadlı içkilər içmək üçün əla məkandır. Daha öncə qeyd etdiyim məkanlar kimi, partilərə giriş bileti olduqca ucuz və bəzən pulsuzdur. 3 ildən çoxdur getdiyim məkanlardandır.

4 –  Salaam Cinema Baku – Açıq havada film nümayişləri, müxtəlif təqdimatlar, konsertlər. Bir sözlə, yaradıcılıqdan zövq almaq və istirahət etmək üçün ən uyğun tədbirlər keçirilir. Həmçinin marifləndirici və faydalı mövzularda təqdimatlar da keçirilir. Bir çox tədbirlərə giriş pulsuzdur. Salaam Cinema (Bakı) yaradıcı filmlər, audio-vizual və performans incəsənəti üçün məkana çevrilmək, bərabərlik, birlik, və müxtəlifliyə həsr olunmuş sərgilər və maarifləndirici seminarlar keçirməyi hədəf qoyub. Həmçinin Cinemanın tarixi Malakan kilsəsinin ərazisində yerləşməsi onu fərqli edən xüsusiyyətlərindəndir. Hələ ki, bir dəfə getmişəm, lakin ilk təsuratlarım çox müsbətdir.

5 – Barrel Playground – Canlı musiqilər, DJ çıxışları, kreativliklə bağlı digər tədbirlərin və görüşlərin keçirildiyi məkan. Məkanda vegeterian və veganlar üçün yemək çeşidləri də mövcuddur. Sadaladığım məkanlardan yeganə məkandır ki, özüm şəxsən getməmişəm, lakin yaxın tanışlarım olublar və tövsiyyə edilər. Məkanın həm açıq hava ərazisi həm də qapalı ərazisi var.

P.S Gedəndə məni də dəvət etməkdən çəkinməin :D
Hər kəsə xoş günlər və istirahətlər.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma