Mən nədən motivasiya alıram ?

Mən nədən motivasiya alıram ?

Mütəmadi olaraq fərdi inkişaf mövzusunda motivasiya edici seminarlar keçirəm, mühazirələrlə çıxış edirəm.

Əksəriyyətinin sonunda insanlar məndən soruşurlar ki, “bəs siz özünüz nədən motivasiya alırsınız ?

Hər zaman deyirəm ki, mənim əsas motivasiya mənbəyim, 15 yaşımda heç bir tibbi müdaxilə olmadan öz iradəlmlə gəzməyim olub. Yəni bu uğurum mənə imkan verir ki, hətta üzərindən 14 il keçməyinə baxmayaraq, hələ də məni ruhlandırsın, qarşıma çıxan problemlərdən qorxmayım, həll edə biləcəyimə inanım.

Buna görə də, mən hər zaman seminarlarımın dinləyicilərinə, yazılarımın oxucularına tövsiyyə edirəm ki, ən kiçik olsa belə, müəyyən nailiyyətlər qazanın. Bəli mənim 15 yaşımda baş vermiş hadisə möcuzəyə bərabər bir uğur idi, yəni çox əhəmiyyətli idi.

Lakin bu o faktı inkar etmir ki, istənilən ölçüdə bir uğur, insanın gələcək işlərində motivasiya mənbəyinə çevrilə bilər.

Eyni zamanda mənə motivasiya verən, məntiqimdir. Müxtəlif hadisələr zamanı, məntiqlə, reallıqla düşünürəm, materialist yanaşıram. Hisslərimə qapılmamağa çalışıram. Çünki hisslər bir çox hallarda bataqlıq tək insanı öz içinə çəkir. Və əgər hər hansısa bir məsələ varsa, hisslərlə düşünəndə, o məsələni həll etməkdə çətinlik çəkirsən. Məntiqlə düşünəndə isə, ruhlanırsan, həvəslənirsən, motivasiyan yüksəlir.

Sonda isə qeyd etmək istəyirəm ki, əslində ətrafımızda olan bir çox şey, böyük bir motivasiya mənbəyidir. Bu mənbələrdən yararlanmaq üçün, ətrafa qarşı səthi davranmamaq, daha diqqətli müşahidə etmək kifayətdir.

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma