1 manat və münasibətlərə yüklənən məna

Sual: Masanın üzərində nə görürsünüz ?

Hələ ki, bu sualı yaddan çıxarın, və aşağıdakı mətnlərə diqqət edin.

Diqqət etmisinizsə əsasən, daha çox bizə yaxın olan insanlarla mübahisə edirik, savaşırıq.

Atamızla, anamızla, qardaşımızla, sevgilimizlə…
Bəzən dostumuzun, tanışımızın etdiyi bir şeyə tamamilə neytral və tolerant yanaşdığımız halda, həmən şeyi övladımız və ya sevgilimiz edəndə tamamilə başqa reaksiya veririk, daha sərt münasibət göstəririk.

Məsələn tanışımızdan borca pul istəsək verməsə, çox da vecimizə olmaz, çox da şey eləmərik. Amma qardaşımızdan istəsək verməsə, sifət edərik. Hətta bəlkə dalaşarıq.

Nəticədə tanışımızla münasibət olduğu kimi qalacaq, amma qardaşımızla aramızda söz söhbət olacaq, küsə də bilərik. Küsülü də qala bilərik.

Bir bəyin qız dostu küçədə fit çalsa vecinə olmaz, sevgilisi fit çalsa ‘bəsdir özünü ağır apar’ deyər. Qarşılığında qız da ona başa düşmədim, niyə hər şeyə deyinirsən diyər. Bəy də başqa söz, vəssalam, yenə dostumuzla aramız eyni qaldı, sevgilimizlə isə dalaşdıq, əhvalımız korlandı.

Əslində qardaşımızın bizə borc verməməyi və ya sevgilimizin fit çalmağı da normal birşeydir, haqqıdır. Bəs bunlar niyə bizə pis təsir edir ? Lakin digər hallarda normal yanaşırıq ?

Qayıdaq masanın üzərindəki pula. Masanın üzərində 1 manat var. Lakin əslində o adi kağız parçasıdır. Hə, lap evdəki dəftəelərimizin vərəqinin materialından, sadəcə bir az qalınlığında fərq ola bilər, bir az da bəzəkli düzəkli. Lakin özlüyündə o sadəcə kağız parçasıdır. Amma Azərbaycanın pul vahididir, 1 manatlıq əskinazdır. Sizcə bu kağız parçasını 1 manat edən nədir ? Bəzıkli düzəkli olması ? Yox əlbətdə. Bu kağızı manat edən, pul edən, adiyatı qurumların bu kağızı pul kimi təqdim etməsidir. Yəni dövlət və insanlar tərəfindən məna yüklənən adi kağız, dönüb olub pul.

Əslində bizim digər insanlardan daha çox, yaxınlarımızla mübahisə etməyimizin, dalaşmağımızın əsas səbəbi, yaxınlarımızla münasibətə əlavə mənalar yükləməyimiz və yüklədiyimiz bu mənaların bizim həmən insanlardan olan gözləntilərimizi artırmasıdır.

Özlüyündə qardaşımız da bir fərddir, qardaşımız olması bizə borca pul verməyə məcbur olması anlamına gəlməməlidir. Sevgilimiz də bir fərddir, sevgilimiz olmağı hər zaman bizim istədiyimiz kimi davranmağına dəlalət etməməlidir.

İnsanlara, münasibətlərə davamlı olaraq məna yükləməkdən çəkindirməliyik özümüzü. Bu yalnız münasibətlərimizin korlanmasına və gərginləşməsinə gətirib çıxaracaq. Məna yükləməmək isə, hər şeyə adi və neytral yanaşmağımıza səbəb olacaq.

© Murad Məmmədov (facebookda izlə)

 

“1 manat və münasibətlərə yüklənən məna” üçün 2 şərh

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma