Əgər siz sevgilinizə hiss etdirsəniz ki, o istəsə hətta başqası ilə yata bilər, əgər dürüst insandırsa o heç zaman sizin arxanızdan, gizlincə kiminləsə yatmayacaq. Lakin siz ona hiss etdirsəniz ki, o hətta heç kəsə göz ucu baxa da bilməz və buna haqqı yoxdur, o mütləq şəkildə bu münasibətdən bezəcək.
İl yarım öncə mən bankda işləyirdim. İşdən çıxmağımın əsas səbəbi iş qrafikim oldu. Səhər 9 axşam 5.
Hazırda əsasən sırf öz şəxsi biznesimlə məşğul oluram və bir də görürsən nəinki saat 5 ə qədər. Bəzən olub ki 24 saatım ofisdə keçib. Arada düşünürəm ki, daha nə oldu ? Problem qrafikadaydısa, indi bəzən daha sərt qrafikayla çalışırsan axı, daha niyə çıxırdın bankdan ?
Və özüm özümə bu sualı verərkən anlayıram ki, problem qrafikada deyilmiş, problem məcburiyyət hissindədir. İndi bəzən daha çox işləsəm də, beynimdə bilirəm ki, istədiyim an hər şeyi dayandırıb ofisdən çıxa bilərəm. Məni ofisdə qalmağa kimsə və nəsə məcbur etmir. Məcburiyyət hissi yoxdur.
Diqqət edin, əgər sevgiliniz və ya başqa bir statusda olan yaxınınız mənim kimi azadlıq düşkünüdürsə, azadlıq aşiqidirsə, ona məcburiyyət hissini hiss etdirməyin. Azadlıq hissini məhdudlaşdırmayın. Pulgir bir insan düşünün, o ən çox kimi sevər ? Ona pul verənləri. İndi də azadlıq düşkünü birini təsəvvür edin, o ən çox kimi sevər ?
© Murad Məmmədov (facebookda izlə)