Həyatımda yashanan gözlənilməz bir ay

Bilirsiniz ki, çəliklərlə gəzirəm. Lakin bu ilin fevral ayında, sevgililər günündən bir gün öncə, ayın 13-ü yıxıldım, sol dizim əzildi.

Rentgenə və bənzər digər qurğuda yoxlatsam da, dedilər çat, sınıq heçnə yoxdur. Amma nəticədə ayağımı ağrıdan yerə basa bilmirdim . Bəli adi əziyə görə düz bir ay əlil arabasından istifadə etməli oldum.

Olduqca aktiv həyat tərzi keçirdiyim bir zamanda kəskin şəkildə passiv həyat tərzinə keçsəydim bu məni məhv edərdi. Buna görə də, başladım mövcud olan məhdudiyyətlərimi kompensasiya etməyə və durumdan çıxmağa.

İlk növbədə qaldığım yeri dəyişdim. Həmən dövürdə dostum gildə liftsiz binada, 4 cü mərtəbədə qalırdım. Bu səbəbdən növbəti gündən getdim anam gilə, həyət evində qalmağa. Orada pilləkən olmadığından əlil arabası ilə evdən çölə, çöldən də evə girib çıxmaq daha rahatdır.

İdarə etdiyim avtomobilimi zatən çoxdan əl ilə idarə etmə sisteminə keçirdiyim üçün evdən çıxıb uzun məsafə qəth etmək problem deyildi. Zədələnməyimin 3 cü günü artıq mən evdən çıxıb, sahib olduğum sosial bizneslə məşğul olmaq üçün ofisə getmək qərarına gəldim. Avtomobilim kiçik həcmli olduğu üçün, əlil arabası avtomobilimin baqajına yerləşmədi. Bu səbəbdən avtomobilin arxa oturacaqlarının söykənəcəklərini yerindən çıxardım, beləcə mən sükan arxasına oturanda, anam və ya həmən anda yanımda olan şəxs əlil arabasını yığıb qoyurdu avtomobilin arxasına.

Ofisə çatanda, parking əməkdaşından xahiş edirdim əlil arabasını baqajdan çıxarıb mənə versin, və mənə ofisə qalxmaq üçün mövcud olan bir səki və 2 pilləkəni qalxmağa kömək etsin. Bunun müqabilində parking əməkdaşına pul verirdim ki, ona mənəvi borclu qalmayım.

Axşam isə ofisdən çıxanda eyni xahişi, ofisimizin mühafizəçisindən edirdim.

Bir layihə çərçivəsində mart ayının 9 u Almaniyanın Berlin şəhərinə səfərim var idi. Təşkilatçılara e mail yazıb, liftsiz, pilləkənli öteldə qala bilməyəcəyimi qeyd edərək, xoşa gəlməz süprizlərlə qarşılaşmamaq üçün özümü siğortaladım.
Berlin şəhəri əlilliyi olan şəxslər üçün daha müyəssər olduğu üçün, səfər zamanı həmkarlarımızln da köməklikləri sayəsində ciddi çətinliklər yaşamadım. Və bir həftəlik Almaniya səfərimi də, əlil arabasında uğurla başa vurdum (foto da elə orada artistlik etdiyim zaman çəkilib  )

Bakıya qayıtdıqda isə zədələnməyimin üzərindən düz bir ay keçirdi və mən artıq yenidən hər zamankı kimi, çəliklərimlə gəzməyə başladım.

İndi isə qayıdaq sizə. Fərqi yoxdur sizin əlilliyiniz və ya hansısa zədəniz var ya yoxdur. Gəlin düşünək, hazırda etmək istəyib edə bilmədiyiniz şeylər nələrdir ? Və onları etməyə mane olan məhdudiyyətləri nələr ilə kompensasiya edə bilərik ? 

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma