Sevgilimizdən necə rahat ayrılaq ?

4-5 il öncə, dost məclisində bir xanımla tanış olmuşdum. Elə alındı ki, səhərisi gün də bir tədbirdə rastlaşdıq və beləcə daha yaxından ünsiyyət qurub dostlaşdıq.

Təxminən bir-iki həftə sonra xanım mənə etiraf etdi ki, məndən xoşu gəlir və münasibət qurmaq istəyir. Bu hisslər qarşılıqlı olduğu üçün bu təklifi qəbul etdim :) Xanımla bütün yaxınlıqları yaşadıqdan sonra, hiss etdim ki onun münasibətimizə olan marağı azalıb. Və elə durum alınıb ki, o qaçır mən qovalayıram. Baxmayaraq ki, məsələ əvvəldə tam başqa cür idi.

Bir sözlə, məsələ elə nöqtəyə gəlib çatmışdı ki, nə ayrılan kimi ayrılmışdıq, nə də doğru- dürüst bərabər idik. Ortalıqda bir yerlərdə ilişib qalmışdıq. Xüsusən də mən. Həmin münasibət mənim həyatımdakı ən dramatik iki-üç münasibətdən biri idi. Yaxşı, etiraf edirəm, ən dramatik beş-altı münasibətdən biri. Çünki, nədənsə əvvəllər ya məndən qaynaqlanan səbəblərdən, ya da kosmosun mənə xüsusi süprizləri sayəsində münasibətlərimin sonluğu çox dramatik olurdu. İndi isə çox əyləncəli olur ) Hər nəysə…

Həmin xanımla münasibətimiz gərginləşmişdi və mən çox acı çəkirdim. Hər zamankı kimi depressiya, içki, özünü çöllərə vurmaq. Və bir gün mən qərara gəldim ki, bu xanıma ürəyimdə olan bütün düşüncələrimi, fikirlərimi deyəcəm. Bütün hər şeyi, zərrəsinə qədər. Bu addımı həm də, münasibətimizin qorunub saxlanılması, davam etməsi adına edə biləcəyim və hələ etmədiyim, qalan yeganə addım kimi görürdüm.

Etdim, uzun bir mesaj yazdım. Yazıb göndərdiyim bu mesaj , dindar bir insanın “çiyinlərində” olan qəza namazlarını qılandan sonrakı rahatlığı tək rahatlatdı məni. Elə bildim üzərimdən dünya boyda yük götürüldü.
Bu mesajımdan sonra xanım yenə əvvəlki münasibətimizi bərpa etmək istəmədi. Amma artıq bu məni əvvəlki tək narahat etmirdi. Çünki mən hesab edirdim ki, əlimdən gələn hər şeyi etdim, deyə biləcəyim hər şeyi dedim, yarımçıq heçnə qalmadı. Ondan sonra mən bu üsulu çox sevdim. Və hər dəfə başqa bir münasibətim sona çatana yaxın, bu metoddan istifadə edirəm. Baxıram görüm münasibəti bərpa etmək üçün edə biləcəyim nəsə qalıbmı ? Və ya demədiyim ürəyimdə saxladığım hansısa düşüncələr qalıbmı ? Görürəm əgər , yox, o zaman vicdan rahatlığı ilə münasibəti sonlandırıram.

Yaşadığım bu hadisədən çıxartdığım dərs sayəsində sizlərə 2 tövsiyyəm ola bilər:

1. Heç zaman yarımçıq münasibət saxlamayın. Bu insanı ayrılıqdan daha çox yorur.

2. Ayrılıqlar zamanı, ən çox incidən məsələlərdən biri, bəlkə münasibətimizi xilas etmək üçün nəsə edə bilərəm düşüncəsi olur. Əgər belə düşüncələr sizdə də varsa və rahatlıqla ayrıla bilmir, əziyyət çəkirsinizsə. Münasibəti xilas etmək üçün edə biləcəyiniz hər şeyi edin. Hər şeyi edəndən sonra edəcək bir şey qalmayanda, ən məntiqlisi ayrılıq olur.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma