Minimalist

Bir çox mövzularda minimalistəm. Məsələn yeməkdə. Fotoda gördüyünüz bu möhtəşəmliyi ofisə gələndə səhər yeməyi üçün aldım. Qiyməti 30 qəpikdir. Etibarlı mənbələrdən əldə etdiyim məlumata əsasən bəzi yerlərdə hətta 20 qəpiyə də görüblər.

Geyimdə də beləyəm, xüsusən də şalvarda. Adətən bir ili 2 şalvarla yola verirəm. Çox hallarda onlardan biri hətta növbəti ilə də sağ qalır.

Minimalistlik nə üçün yaxşıdır ?

Məsələn əgər mən yeməkdə minimalist olmasaydım, səhər yeməyində maksimum bir manat əvəzinə daha çox xərcləsəydim, bunun müqabilində avtomatik daha çox işləməli olacaqdım, daha çox işləsəydim özümə daha az vaxt ayrıacaqdım. Az istirahət edəcəkdim. Dostlarımla az vaxt keçirəcək, daha az kitab oxuyacaqdım. Və yemək mövzusunda minimalist olmağım məni bu kimi durumlardan xilas edir. Məsələ onda deyil ki, mən xəsislik edirəm və ya pulum azdı, xeyir, bunların heç birini yaşamıram. Məsələ ondadır ki, axı bu 30 qəpiklik kökə, mənim ağız dadım üçün kifayət qədər dadlıdırsa və mədəmi doydurursa, mən niyə 5-6 manat xərcləyib daha çox və daha fərqli qidalar tükətməliyəm ki ?

Maddiyatla əlaqəli istənilən mövzuda olan minimalistlik, sizi daha azad, daha müstəqil edir. Çünki siz öz başınıza lazımsız maddi qayğılar açdıqca, sadəcə işləyib pul qazanıb bu qayğıları qarşılamaq üçün yaşayırsınız. Sonra da düşünürsünüz ki, həyat çox darıxdırıcı və maraqsızdır. Əslində isə belə deyil, sadəcə sizin başınız o qədər bu maddi qayğılara qarışıb ki, siz fürsət tapıb həyatda mövcud olan digər gözəlliklərlə tanış olmursunuz.

Qeyd: Minimalist olmaq, içdən alışıb yanıb, lakin özünü məcbur etmək deyil. Bu ya insanın təbiətində olur. Ya da digər xüsusiyyətlər kimi, zamanla vərdiş edilərək sahiblənilir.

Edit: yazıya gələn şərhlərdən belə anladım ki, bir çoxunuz hər gün yalnız kökə yediyimi zənn etmisiniz  Xeyir, eyni şeyi yemək adamı bezdirir. Mən bu kökəni nümunə olaraq çəkdim. Fərqli qidalar da yeyirəm səhərlər. Yumurta (2 ədədi 30 qəpik edir), pendir və.s 

© Murad Məmmədov (facebookda izlə)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma