Yaşlı qadınla dialoqum.

Məhəlləmizdə bir yaşlı qadın var. Bakı abadlıq idarəsində işləyir. Övladı xəstədir və qadın övladını o qədər çox istəyir ki, ona daha yaxşı qulluq edə bilmək və şərait yaratmaq üçün, əlavə ödənişli təmizlik xidmətləri görür.
Qadını adətən küçədə görür salamlaşırdıq. O günki dialoqa qədər.

O gün qadını görüb salam verdikdən sonra, övladı ilə maraqlandım. Durumunun nə yerdə olduğunu, özünü necə hiss etdiyini soruşdum. Qadın da həvəslə danışdı övladı haqda.

Və o gündən sonra qadının əlavə rəğbətini qazandım. Məsələn bu günlərdə mənə yeni satılan bir evi tövsiyyə edərək, buradan çıx ora kirayə köç, indiki evində nəmişlik var, ora daha yaxşıdır dedi. Növbəti gün avtomobilimi uzaqda deyil də, daha yaxında saxlamaq üçün nə edə biləcəyimə dair məsləhət verdi.

Hər bir şəxs üçün danışarkən həyəcanlandığı, gözlərini günəş tək parıldadan məsələlər var.
Rəğbətini, diqqətini qazanmağını istədiyiniz şəxslər varsa, onlar üçün dəyərli, ‘müqəddəs’, və həyəcanlı olan məqamları öyrənin və bu mövzulara dair maraq göstərin, bəhs edin, soruşun. İstəsəniz bunu rəğbət qazanmaq üçün yox, sadəcə həmən şəxsə xoş və həyəcanlı dəqiqələr yaşatmq üçün edə bilərsiniz. Gəlin danışmq həvəsimizə zaman – zaman qalıb gəlib, başqalarının da bu hissləri yaşamasına dəstək olaq.
© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma