amerikada-yashamaq

8 gün sonra süpriz ( Amerika xatirələri #4 )

Amerikada 8 gün evlərində yaşadığım yerli ailə, 8-ci gün mənə elə süpriz etmişdi ki, mən bunu gözləmirdim.

Təəsüflə qeyd etmək lazımdır ki, cəmiyyətimizdə xüsusilə də, orta və yaşlı nəsilin nümayəndələrində, avropa, amerika əhalisi haqda ön yarğılı düşüncələr var. Məsələn:

      • Qayğıkeş deyillər.
      • Soyuqqanlıdırlar.
      • Müsəlmanlara terorist münasibəti göstərirlər.

Və mən o ailədə yaşadığım 8 günü bu düşüncələrin tam əksinin şahidi oldum. doğrudur mən də bu əks hadisələri bütün Amerika əhalisinə şamil etmirəm. Bəlkə də mənim tanımadığım insanları var ki, deyilənlər kimidir. Lakin ən azından hamısı belə deyil.

Məni qonaqlayan ailənin müsbət xüsusiyyətləri haqda daha öncəki yazılarımda qeyd etdiyim üçün, bu yazımda sırf bu gün xatırladığım.

Qaldığım ailədəki bəy mənim kimi, yaradıcılığın müxtəlif sahələrilə məşğul olub cavanlığında. Bu fəaliyyətlərdən biri də fotoqrafiyadır. O bu haqda bəhs edən zaman, mən də fotoqraflığı sevdiyimi və hobbi olaraq məşğul olduğumu bildirdim. Daha ətraflı məlumat verərək, bildirdim ki, çox təəsüf ki, daha yaxşı obyektivim yoxdur, amma alıb daha yaxşı fotolar çəkəcəm.

Bəli, artıq sizə spoiler verdiyim üçün söhbəti çox uzatmağın mənası yoxdur. Sonuncu gün, evin xanımı mənə dedi ki, Devidin sənə bir süprizi var, əminəm ki çox bəyənəcəksən.

Axşam David çağırdı məni və bir qutu verdi, dedi aç bax nə var içində. Açığı içindən nə çıxacağını indi siz bildiyiniz kimi bilmirdim :D Və qutudan kamera üçün obyektiv çıxdı. Həm çox sevinir həm də təəcüblənmişdim ki, axı necə ola bilər ki, bu ailə mənə bu qədər yaxşılıq edib, 8 gün evlərində saxlayıb, yedirdib içizdirməkləri azmış kimi, hələ bir belə süprizlər də edirlər. Özümdən aslı olmadan qucaqladım Davidi. İngilis dilim isə Cem yılmazın dediyi kimi “dərdimi anladacaq qədər” olduğundan çox da detallı təşəkkür edə bilmədim :)

Bu gün səhər foto kameramı evdən götürüb ofisə gətirərkən, bu möhtəşəm xatirələr yadaıma düşdü. Gözəl insanlar hər zaman hər yerdə vardırlar. Gözəl insanlar axtarın ♥

© Murad Məmmədov ( Məni instagramda izlə )

amerikada-yashamaq

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma