məqsədlərə çatmaq üçün mübarizə

17 yaşım olanda gündəlik 7 saat işləyib 2 manat maaş alırdım.

17 yaşım olanda gündəlik 7 saat işləyib 2 manat maaş alırdım.

22 yaşım olanda bir kursa yazılmışdım. Kurs nizamidə yerləşirdi. Mən isə yeni günəşlidə yaşayırdım. Əlilliyimə görə hər avtobusdan və metro stansiyasından istifadə edə bilmədiyimə görə, kursa aşağıdakı marşrut xətti üzrə gedirdim:

Günəşlidən avtobusla xalqlara, xalqlardan metro ilə həzi aslanova, həzi aslanovdan avtobus ilə nizamiyə kursa.

Evə qayıdanda da aşağıdakı formada qayıdırdım:

Nizamidən avtobusla nərimanova, nərimanovdan metro ilə neftçilərə, neftçilərdən avtobus ilə yeni günəşliyə.

Bu gün müəyyən sosial uğurları olan, müxtəlif bacarıqları olan və yüksək mənəvi gücə sahib, Murad Məmmədov adında bir personaj tanıyırsınız, amma bir çoxunun bu personajın əldə etdiyi nəticələrin arxa fonundan xəbəri yoxdur.

Bu gün ətrafımda olan insanlardan kimsə ‘bacarmıram’ ‘alınmir’ deyəndə mən çox məyus oluram. Çünki bacarmaq üçün, edə bilmək üçün əziyyət çəkmək lazımdlr, əmək və güc sərf etmək lazımdır.

Heç kəs dünyaya supermen olaraq gəlmir. Bu adamlar çətinlik görmüş və dözmuş adamlardır. Müdrikliyin, adilliyin yolu əzab əziyyətdən keçir. Bəli bu heç də asan və xoş birşey deyil. Lakin bu işin düsturu budur dostum.

Əgər sən bu gün 10 kq ağırlıq qaldırsan, sənin bədənin sabahsı günü 15-20 kq qaldırmağa hazırlayacaq özünü.

İnsan təbiəti rahatlığa və tənbəlliyə meyillidir, bu məndə də belədir. Lakin güclü və məqsədlərinə çatan insanlar o kəslərdir ki, onlar zaman zaman hətda öz təbiətlərinə belə qarşı gəlməyi bacarırlar.

© Murad Məmmədov ( Məni instagramda izlə )

məqsədlərə çatmaq üçün mübarizə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma