problemleri nece hell edek

Problemləri necə həll edək ?

O gün bir dostumla görüşmüşdüm.

Bir az söhbətləşdikdən sonra dostum dedi ki, yaxın zamanda facebooku telefonundan silməyi planlayır. Səbəb isə orada çox və faydasız zaman keçirməyidir. Mən isə ona facebooku telefonundan silməməsini tövsiyə etdim.

Bilirsiniz niyə bu tövsiyəni etdim ?

Çünki qaçmaq heç zaman çıxış yolu deyil. Bu durumda isə facebooku silmək, problemdən qaçmaq deməkdir, onu həll etmək yox. Qaçmaqla həll etmək arasında çox fərq var.

Əgər sən facebookda və ya başqa hansısa bir sosial şəbəkədə həddən artıq çox vaxt keçirirsənsə, deməli sənin daha faydalı və ya daha maraqlı bir məşğuliyyətin yoxdur. Sənin problemin facebookda çox vaxt keçirmək deyil, problem məşğuliyyətinin olmamasındadır. Fb olmayacaq instagrama girəcəksən, o olmayacaq tvitter, o da olmadı, gedib çayxanada vaxtını öldürəcəksən.

Heçnə boşuna və səbəbsiz olmur. Hər şeyin bir səbəbi vardır. Əgər xoşa gəlməz nəsə varsa, oturub analiz etmək lazımdır. Məyər ürəyi ağrıdanda, analiz verməmiş ürək əməliyyatına girir insanlar ? Analiz etdikdə problemi tapa biləcəksən. Dərdinin nə olduğunu bilmək, onun 50% həll olunması deməkdir.

Bənzər məsələlərdə qaçmaq həll yolu deyil. O facebook sənin telefonunda qala qala girməyəcəksən sən ora. Sən heç müharibədə qaçaraq qalib olan görmüsən ? Üzləşəcəksən probleminlə, üzərinə gedərək səbəbi tapacaqsan, səbəbi çeyniyib udacaqsan, həzm edəcəksən. Bundan sonra həll edəcəksən, doğrudur incidəcək bir az, lakin zaman sağaldacaq.

Facebook sadəcə bir nümunə, insanların həll etmək əvəzinə qaçdıqları problem dəryasında bir damcıdır.

© Murad Məmmədov ( Məni instagramda izlə )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma