Stresi özümüzdən necə uzaqlaşdıraq?
⠀
Bəzən sevgili ilə
Bəzən müdir ilə
Bəzən isə tamamilə tanımadığımız insanla konflikt yaşayırıq. Və bundan sonra uzun müddət stresli və gərgin oluruq.⠀
Yaşanılan kiçik mübahisələrin uzun müddətli stresə yol açmasının əsas səbəblərindən biri, mübahisə zamanı tam olaraq reaksiya verməməyimizdir.
Yəni, mübahisə və ya fikir ayrılığı zamanı, nədənsə çəkinməyimizə, ehtiyat etməyimizə görə, qarşı tərəfə bütün düşüncələrimizi, ürəyimizdə olanları demirik.
⠀
Qarşı tərəfə deyilməyən sözlər ürəyimizdə qalır və konflikt bitib, tərəflər aralaşsa belə, bu sözlər bizi incitməyə, narahat etməyə başlayır. Yəni uzun müddət əsəbi halda gəzirik. Çünki mübahisə zamanı tam olaraq mövqeyimizi ortaya qoymadıq.
⠀
Mübahisə etdiyimiz tərəf valideyndirsə, sonrakı mübahisələr və onun bizdən üstün olan statusu bizi qorxudur.
Müdirdisə işdən qovulmaqdan qorxuruq.
Sevgilidirsə ayrılmaqdan qorxuruq.
⠀
Hər kəsdən bir ayrı səbəbdən dolayı çəkinir, tam fikirimizi demirik, nəticədə içimizdə yığılan aqresiya bizi həm əsəbi birinə çevirir həm də gələcək zamanlarda lüzum olmayan yerdə aqressiv reaksiyalar verməyimizə gətirib çıxarır.
⠀
Səmimi olmaq gərəkdirsə, çəkindiyim insanlar və qurumlar olmadığı üçün, az öncə sadaladığım neqativ xüsusiyyətlərə sahib deyiləm. İstənilən bir kəslə fikir ayrılığı yaşadığım zaman, bu fikir ayrılığını tam çılpaqlığı ilə ortaya qoyuram. Və o söhbət orada qalır, bir addım sonraya aqresiya daşımıram özümlə.
⠀
Bəli belə davranma, ayrıca bir yaşam tərzi tələb edir insandan, məsələn mən elə bir yaşam tərzim var. Lakin daha çox rahatlıq və sakitlik içindəyəm. Bəli ayrı ayrı zamanlarda bəzi səbəblərdən mən də aqressiv ola bilərəm. Lakin ətrafım şahiddir ki, bu aqresiya minimuma bərabərdir.
⠀
Fikirinizi, mövqeyinizi bildirməkdən çəkinməyin yoldaşlar. Daha sakit və daha təmkinli gələcəyiniz naminə.
⠀
© Murad Məmmədov (Məni instagramda izlə)
