Vicdan məsələsidir ?!

Vicdan məsələsidir?!

O gün bir xanım yoldaşımla Park Cinemaya getdik. Getməmişdən öncə biletləri online aldım. Və cinemaya çatıb kassadan biletlərin özünü götürdükdə, əməkdaş mənə dedi ki: “Gələn səfər özünüz üçün bilet almayın. Bizdə əlilliyi olan şəxslər üçün cinemada film izləmək pulsuzdur.’’

İndi bəziləriniz düşünə bilərsiniz o gündən Murad cinemada yatıb durur :D

Əslində isə o gündən bu yana bir dəfə də getməmişəm, növbəti dəfə gedəcəyim zaman isə yenə də qazandığım pul ilə bilet alacam.

Səbəb isə sadədir… Əgər mənim pulum varsa nəyə görə mən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan biletdən yararlanmalıyam? Axı bu güzəşt ona görədir ki, ölkəmizdə əlilliyi olan şəxslərin iqdisadi müstəqilliklərini təmin etmək üçün çoxsayda süni maneələr mövcuddur. Məsələn, şəhər infrastrukturunun, ictimai nəqliyyatın əlverişsiz olması! İşverənlərin əlilliyi olan şəxslərə etimad göstərməməsi və sair. Bənzər güzəştlər bu tip çətinliklər yaşayanların çətinliklərini az da olsa kompensasiya etmək məqsədilə edilir.

Əgər mən bu tip çətinliklərin bir çoxu ilə rastlaşmıramsa, niyə özümü buqələmun kimi kamuflaj edib, çətinlik yaşayanların arasında gizlədim? Əlbəttə ki, gələcəkdə hər hansı çətinlik yaşayacağım təqdirdə, bu çətinliyi kompensasiya edəcək güzəştlərdən faydalana bilərəm. Lakin “Yaşayacağım təqdirdə”.

Ümumiyyətlə isə ideal heç bir sistem yoxdur. Və sistemlərin natamamlığını bəhanə kimi istifadə etmək bir az vicdansızlıqdır.

Hal hazırda yanımda zibil vedrəsi yoxdur deyə zibili yerə atmaq.

Hamı qayda pozan yerdə, pozmamaq kimi bir fürsətin olduğu halda qayda pozmaq.

2 tikə ilə doya bildiyin halda, 3 tikənin hamısını basib yeyərək kiminləsə bölüşməmək…

Bütün bunlar vicdan məsələsidir, yoldaşlar. Yatmamışdan öncə əlimizi vicdanımıza qoyaq, rahatdırsa yataq, rahat deyilsə sabah edəcəklərimiz zaman bu narahatlığı nəzərə alaq.

© Murad Məmmədov (Məni instagramda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma