Bir dəfə qız dostumla 28 mayda skamyada oturub söhbət edirdik.
O məndən soruşdu ki: ” Heç maraqlanmısan mualicə, əməliyyat yolu ilə daha yaxşı gəzə biləcəyin haqda?”
Verdiyim cavab həm onu təcübləndirdi, həm də özüm özümü bir qədər daha yaxşı kəşf etməyimə kömək oldu.
Cavabımda dedim ki, “inanırsan, daha yaxşı gəzmək bu vaxta qədər mövcud olan məqsəd və istəklərim sırasında olmayıb” Səbəb isə odur ki, mən indiki halımla da demək olar hər şey edə bilirəm. Edə bilmədiyim şeyləri də başqa birşey ilə kompensasiya edirəm.
“Edə bilmədiyim şeyləri də başqa birşey ilə kompensasiya edirəm” deyəndə nəyi nəzərdə tuturdum ?
Əslində biz insanlar bütün iziki fəaliyyətləri hər hansısa bir hissi yaşamaq üçün edirik. Məsələn əhvalı pis olanda, əhvalını yüksəltmək üçün kimisi gülməli video izləyir, şokolad yeyir, musiqi dinləyir, kimisi rəqs edir və sairə.
Bütün bunlar fiziki olaraq fərqli fəaliyyətlər olsalar da, verdiyi hisslər eynidir.
Bu səbəbdən, əgər kiminsə yanında şokolad yoxdursa, o demək deyil ki, şokolad yeyilən zaman yaşanılan hissləri, xoşbəxtlik hormonlarını duya bilməz. Çünki eyni hissləri bəxş edən başqa fiziki fəaliyyətlər də var.
Zatən hissi yaşamaq üçün etmirikmi bu fəaliyyətləri ?
Məsələn əgər mən fiziki fərqliliyimə görə metrodan istifadə edə bilmirəmsə, lakin harasa getmək üçün şəxsi avtomobilimdən və ya taksidən istifadə edirəm.
Bu halda nəyə görə metrodan istifadə edə bilmədiyimə görə kədərlnməliyəm ?
Hə ola bilər ki, mənim metrodan istifadə etmək istəyim harasa getmək üçü yox, insanlarla birlikdə getmək, özümü cəmiyyətin bir parçası hiss etmək üçün olsun. Bu zaman da mən avtobusdan və ya yer üstü digər ictimai nəqliyyatdan istifadə edə bilərəmsə, nə üçün hələ də metroya minəbilmədiyimə görə üzülməliyəm, fiziki fərqliliyimi dərd edib aradan qalxmasını arzulamalı, xəyal etməliyəm ki, manyakam bəyəm ? :)
Əlbətdə mümkün və fürsət olan yerdə insan daima özünü inkişaf etdirməlidir. Lakin hazır ki şərtlərlə mümkün deyilsə, yasını saxlamaq nəyə gərəkdir? Xüsusən də, kompensasiyalar varsa :)
© Murad Məmmədov ( Məni instagramda izlə )