Bəzən evdən çıxanda siqaretimi özümlə götürmürəm – İradəni gücləndir

Bəzən evdən çıxanda siqaretimi özümlə götürmürəm.

Bəzən hansısa ziyafətdə olanda şirniyyat yemirəm.

Baxmayaraq ki, bütün bunları etməyi kifayət qədər çox sevirəm, lakin bəzən iradəmi rəndələmək üçün iradəmi itiləmək naminə sevdiyim və istifadə etdiyim şeylərdən özümü uzaq tuturam.

İradəmiz daima saz və işlək vəziyyətdə olmalıdır ki, bizi gözləmədiyimiz zamanda və məkanda pis vəziyyətdə qoymasın, nəyinsə əsirinə çevirməsin.

İllər öncə yazdığım məqalədə dediyim kimi, sahib olduğumuz şeylərdən asılı olduğumuz zaman onlar bizə sahib olmağa başlayır. Sahib olduğumuz şeylərin bizə sahib olmaması üçün ətraf-mühitdən aslılığımızı minimumda saxlamalıyıq. Bu asılılığın artdığını hiss etdiyimiz zaman həyəcan təbili çalmalıyıq və dərhal nələrsə etməyə başlamalıyıq.

Azad və müstəqillik təkcə istədiyini etmək və deməklə məhdudlaşmamalıdır. Bəzən azadlığımızı məhdudlaşdıran şeylər, azadlıq hesab etdiyimiz şeylərin özü olur.

© Murad Məmmədov ( Məni instagramda izlə )

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma