Bu gün bir qadın yaxınlaşdı.
⠀
Kitabımın üz qabığındakı şəkilimə baxdı, sonra mənə baxdı, soruşdu ki, sizin kitabınızdır? Dedim hə.
⠀
Kitabı incələdi, üz qabığında yazılanıarı oxuduqdan sonra satışın nə yerdə olduğunu soruşdu.
⠀
Dedim ki, ümumi satış pis deyil. Amma əksəriyyət hazırladığım əl işi boyunbağıları alır, kitab alan çox azdır.
⠀
Qadın dedi ki: ‘Düz deyirsən, çox təsüf ki bizim millət bəzənib düzənməyə çox önəm verir, nəyinki kitab almağa, oxumağa’
⠀
Qadın bunu deyəndən sonra kitaba son dəfə göz gəzdirdi, yerinə qoydu və getdi.
⠀
Dostlar bilirsiniz ki, bir çox mövzuda minimalist adamam, 1000 manat qazananda 1000 manatlıq, 10 manat qazananda 10 manatlıq dolanıram.
⠀
Məsələ o qadının kitabı almayıb pul verməməsində deyil, məsələ hər şeyi başqasından gözləməyimizdədir.
⠀
Bu gün cəmiyyətimizin ən yaralı yerlərindən biri də budur.
⠀
– Şəhərin natimizliyində insanları qınayıb, özümüz yerə zibil atırıq.
⠀
– Demokratik seçkilər tələb edib, səs verməyə getmirik.
⠀
– Mən filan şeyə pis baxmıram, bizdə də bu cür olmalıdır deyirik, amma öz arvadımıza icazə vermirik.
⠀
Başa düşmək lazımdır ki, hər kəs belə düşündüyü üçün bu ölkə, bu cəmiyyət bu gündədir. Hər kəs məsuliyyəti başqasının üzərinə ataraq kənara çəkildiyi üçün bir olub ağız əydiyimiz problemləri həll edə bilmirik.
⠀
Cəmiyyət sənlərdən ibarətdir. Sən başlamalısan, sənlər düzəltməlidir.
⠀
© Murad Məmmədov
