2019 da yaşadığım uğursuzluqlar.
⠀
* İlə 2000 – 3000 azn borcla başladım.
⠀
* Fevral ayında dizimdən zədə aldım. Və 1 ay gəzə bilmədim.
⠀
* Mart – May aylarında kirayə ev tapmaqda çətinlik çəkdim, buna görə çox saylı başqa problemlər yaşadım.
⠀
* İyul ayında yemək bişirəndə, bildiyiniz qaynayan qaynar su üzərimə dağıldı.
⠀
* ilin ortalarında 5 ildir istifadə etdiyim mobil telefonum birdəfəlik xarab oldu, yenisini almalı oldum.
⠀
* Yenə ilin ortalarında, 2 il yarımlıq sevgi münasibətim bitdi.
⠀
İndi xatırladığım uğursuzluqıar bunlardır.
Təbii ki bu uğursuzluqların müqabilində ‘zibil kimi’ yəni saysız hesabsız və baş gicəlləndirən uğurlar da qazanmışam. Və hazırda da kifayət qədər əla həyat yaşayıram (sabah nə olacağı bəlli deyil).
⠀
İlin sonudur hər kəs il ərzində qazandığı nailiyyətlər haqda yazır. Mən isə uğursuzluqlarımı sizinlə bölüşməklə bildirmək istəyirəm ki, heç kəsin həyatı sosial şəbəkələrdə göründüyü kimi, nağıllara bənzər deyil. Belə düşünmək və özünüzü buna inandırmaq ən azından axmaqlıqdır.
⠀
Ola bilər görürsünüz, qibtə edirsiniz, üzülürsünüz. Lakin bilin ki, bütün bu nailiyyətlər heç də asanlıqla qazanılmır.
Fonda böyük əmək və itkilər dayanır.
⠀
Ümumiyyətlə hər kəs yarış atı kimi durmadan qaçmaq və yüksək nəticələr qazanmaq məcburiyyətində deyil, belə hiss etməməlidir.
⠀
Hər kəs hansı həyat tərzi ilə xoşbəxtdirsə, o cür də yaşamalıdır. Uğur anlayışı da nisbidir zatən.
⠀
İstəyinizdən aslı olmadan, nəyi necə edə biləcəyinizə dair ip uclarına, tövsiyyələrə ehtiyacınız olsa, mənə müraciət edə bilərsiniz.
⠀
Qucaqlayıram sizləri və 2020 sizin üçün istədiyiniz kimi keçməsini arzu edirəm
⠀
© Murad Məmmədov ( məni facebookda izlə )