İnsanları özündən iyrəndirəyin 3 qaydası.
⠀
Bir dəfə bir qızla söhbət edirdim. Qız əlillik mövzusundan danışdırdı və danışığı zamanı, bu sahədə xoş qarşılanmayan bir neçə sözdən istifadə etdi. Yanımdakı başqa bir yoldaş qızın sözünü kəsib düzəliş etmək istəyəndə, baxmayaraq ki, illərdir bu sahədə çalışıram, yanımızdakı yoldaşa bunu etməyinə imkan vermədim. Dedim gözlə qız fikirlərini tamamlasın.
⠀
İkrah hissi deyilən bir hiss var. Hətta sözün özünü belə eşitməyənlər üçün deyim ki, ərəb dilindən götürülüb və “iyrənmə” “diksinmə” “çimçinmə” mənalarını daşıyır.
⠀
Hər hansısa bir məlumatı və ya obyekti insanlara ötürəndə, göstərəndə və təqdim edəndə elə etmək lazımdır ki, qarşı tərəfdə ikrah hissi yaratmasın.
⠀
Bu gün bu mövzunu daha aydın anlatmaq üçün ən bariz nümunə Azərbaycan şou biznes nümayəndələridir. Məsələn bu nümayəndələrin bir çoxu, özlərini o qədər tərifləyirlər ki, insan lap iyrənir, ikrah hissi yaranır. Və ya sahib olduqları maddi durumu elə iyrənc formada nümayiş etdirirlər ki, ikrah hissindən izlədiyin kadırı dəyişirsən.
⠀
Qarşı tərəfdə ikrah hissini yaradan əsas məqamlar aşağıdakılardır:
⠀
1. Bir mövzuda ifrat dərəcədə xırdaçıl olmaq və daim bu mövzuda danışmaq.
2. Maddi resurslara əsasən özünü başqalarından üstün hesab etmək.
3. Qarşındakı adamın şəxsiyətini, ləyaqətini alçaltmağa yönəlik hərəkətlər, ifadələr.
⠀
Mən başa düşürəm, hər birimiz çalışırıq özümüzü başqalarına sataq, ağıllı göstərək, içimizdəki eqonu tətmin edək. Və ya özüm də daxil olmaqla ictimai fəallar çalışırıq nələrisə müdafiə edək, dəyişikliyə dəstək olaq. Bütün bunlar təbii haldır. Lakin hər birşeyi etməyin daha sivil, daha etik, mədəni və yumuşaq qaydası var. Bu qaydalardan istifadə etmədiyimiz zaman nəinki əqidə olaraq bizdən fərqlənən insanlar, hətta eyni əqidəyə xidmət etdiyimiz, eyni düşüncədə olduğumuz dostlarımız, həmkarlarımız da bizdən iyrənəcək, bizə qarşı ikrah hissi bəsləyəcəklər.
⠀
Çürükçü olmayaq, Insanları bezdirməyək, özümüzü ağıllı göstərməyək.
⠀
© Murad Məmmədov ( məni facebookda izlə )
