Arzularınızı öldürməyin 5 üsulu – Özünü inkişaf #1

Arzularınızı öldürməyin 5 üsulu

1. Gözlənilməz uğurların mövcudluğuna inanmaq.
Hətta ən “bəxti gətirən” yəni şanslı hesab etdiyiniz lotereyada Cek Pot qazanan insanların əksəriyyəti, illərlə lotereya oynayanlardır. Onlar belə bu uğuru qazanmaq üçün uzun müddət çalışıblar, əmək sərf ediblər. Hər bir gözlənilməz uğur, illərlə toplanmış əməyin və təcrübənin nəticəsidir.

2. Sizə lazım olan bütün sualların cavabını kimsə bilir.

Etməli olduğunuz şeyləri zaman-zaman kimsə sizə tövsiyə edə bilər. Lakin sizin həyatınız üçün ən uyğun və yaxşı olan seçimləri kimsə sizin qədər yaxşı bilə bilməz. Bir yola çıxmısınızsa, məqamı yetişəndə özünüz qərar verməli olacaqsınız. Özünüzü buna hazırlayın.

3. Hər şey yaxşılaşanda rahatlanmaq.

25 yaşım olanda banka işə düzəldim. Həyatım kifayət qədər yaxşı idi. Şəxsi avtomobil, stabil və normal maaş, kitab müəllifi statusum. Amma mən o dövrlərdə rahatlansaydım, elə “o dövrlərdə” də qalacaqdım. Lakin mən öz üzərimdə çalışmağa davam etdim. Nəticədə 2 il sonra işdən ayrıldım, şəxsi biznesimi qurdum, ictimai sosial fəaliyyətimi artırdım və hazırda yaşam şərtlərim öncəki illərimə nisbətən daha yaxşıdır.

4. Uğursuzluqlarınızda daima başqalarını günahlandırın.

“O vaxtı valideynlərim icazə vermədi…”
“Əşi bizim millət belə şeylərə dəyər vermir…”
“Fərli sponsor yoxdur, yoxsa çoxdan partladardım…”

Bəzən uğursuzluqlarımızda kənar amillərin kiçik rolları ola bilər. Lakin hər birində bizim də rolumuz mütləqdir. Valideyn nəyəsə icazə verməyəndə qarşı gəlmək olardı. Millət nəyisə bəyənməyəndə, millətin zəif nöqtəsini tapıb, zövqünə uyğunlaşdırmaq olardı. “Fərli sponsor” axtarışını davam etdirmək olardı. Məqsədlərinizə çatmamağınızda daima başqalarını günahlandırmaq yalnız özünüzə zərərlidir. Xəyallarınıza cavabdeh olmağı öyrənin.

5. Xoşbəxtliyin yalnız məqsədlərdən, nəticələrdən ibarət olduğunu hesab etmək.

Əldə edilən nəticələrin, məqsədlərin bizə verdiyi xoşbəxtlik qısa müddətlidir. Məqsədə gedən yolda yaşadığınız hər bir anın dadını çıxarın, tam yaşayın, günlərinizi yola verməyin. Nəticələrin verdiyi hisslər anidir. Həyat isə davam edir.

© Murad Məmmədov ( məni facebookda izlə )

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma