Uşaqlara bu sualı çox verməyin – Düşüncəm – #3

* 17 – 18 yaşında qonşuların kompüterinə əməliyyat sistemi yazırdım.
* 21 yaşımda təlimçi
* 24 yaşımda yazarlıq, kitab müəllifi.
* 25 yaşımda bank işçisi
* 26 yaşımda aktyorluq (həvəskar) edirdim

Və saymadığım bir çox şey.

Bir müddət öncəyə qədər özümü çox pis hiss edirdim. Çünki bir neçə sahədə potensialım var, davam edib zirvəyə yüksələ bilərəm. Lakin bunun müqabilində mənim hər dəfəsində nəyəsə marağım yaranır, özümü inkişaf etdirirəm, uğurlar qazanıram, sonra isə marağım azalır, başqa bir sahəyə keçirəm :)

2 ay öncə isə youtube-da əcnəbi bir yoldaşın bu mövzuda TEDx çıxışını izlədim. Eyni mənim kimi ‘problemi’ olan biridir.

Multipotensial!

Uşaqlara “Böyüyəndə kim olacaqsan?” sualını ilk dəfə təxminən 5 yaşda veririk. Sonra məktəbdə oxuyanda, sonra universitetdə.Bu yaşlarda olan birinə kim olacaqlarını davamlı soruşduqda, bu adi, günahsız sual olmaqdan çıxır və zərərli bir suala çevrilir.

Bu sual ilə onların düşüncələrini genişləndirmirik, əksinə düşüncələrini daha da çərçivələyirik. Çünki heç bir uşaq “kim olacaqsan?” sualına 20 dənə ixtisas deyə bilməz. Bir dənəsini deyir və nəticədə bir fəaliyyətə, bir sahəyə fokuslanır. Yəni məşğul ola biləcəyi işlərin sayını limitləyir və bu məsələyə daha dar çərçivədən baxır.

Bu isə öz növbəsində şəxsin yetişkin yaşa çatdığı zaman 2 narahatlığa yol aça bilir.

1. İnsan hər hansısa bir işlə məşğul ola bilməyəndə ətraf mühitin gözləntilərinə görə özünü təzyiq altında hiss edir. Sanki mütləq nəsə iş görməli, hansısa sahədə çalışmalıdır.

2. Mənim durumumdakı kimi, konkret və yalnız bir işlə məşğul olmayıb, bir neçə sahələrdə çalışan, hər birində uğur qazandıqca yeniləri ilə dəyişən şəxslər isə, özündə nəsə problem olduğunu düşünür.

Amma bu problem deyil. Əgər siz də mənim durumumdasınızsa, sizin adınız “MULTİPOTENSİAL”dır!

Və bundan utanmayın, dünyanın multipotensiallara ehtiyacı var! :)

© Murad Məmmədov ( məni facebookda izlə )

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma