Əlilliyi olan şəxslərə qarşı bu 5 şeyi etməyin

Əlilliyi olan şəxslərə qarşı bu 5 şeyi etməyin

1. İcazə almadan kömək etməyin.

Bəli adı üzərində, əlillik varsa (fiziki və ya mental) deməli şəxs nəyisə edə bilmir və ya etməkdə çətinlik çəkir. Lakin əlilliyin olması tamamilə heç nə edə bilməmək anlamına gəlmir. Buna görə də, siz əlilliyi olan bir şəxslə əlaqə zamanı, cəhd etdiyi hər bir şeydə və soruşmadan kömək etməyə çalışsanız, o adama bacarıqsız və tamamilə çarəsiz olduğunu hiss etdirəcəksiniz. Ümumiyyətlə, kimdənsə soruşmadan, icazə almadan toxunmaq, intim zonasına daxil olmaq (intim zona təkcə bədənin intim bölgələrinə aid deyil, bu insanlarla olan münasibətinizdən asılı olaraq, onlarla ünsiyyət zamanı dayandığınız məsafənin santımetrindən asılıdır). Buna görə əlilliyi olan bir kəsə kömək etmək istdikdə öncədən ona kömək lazım olub-olmadığını soruşun, əgər lazımdırsa, dəqiq olaraq necə kömək edə biləcəyinizi soruşun. Bundan sonra isə kömək edə bilərsiniz.

2. Seçim və özünü ifadə etməyinin qarşısını almayın.

Bir çox böyük tədbirlərdə nahar fasiləsi böyük restoranda və açıq büfe formatında olur. Gərək özün yaxınlaşıb özün üçün çox saylı yemək çeşidi arasından seçəsən və özün götürəsən. Belə tədbirlər zamanı bir çox hallarda ofisiantlar mənə deyir ki, siz əyləşin, mən sizin üçün gətirəcəm yemək. Mən də cavabında deyirəm ki, axı siz nə bilirsiz mən hansı yeməyi sevirəm? :)
Həmçinin əlilliyi olan bir şəxs ilə hansısa xidmət göstərilən yerə getdiyiniz zaman əlilliyi olan şəxsin əvəzinə siz xidmət göstərən əməkdaşla əlaqəyə girməyə çalışmayın, əksinə şərait yaradın ki, əməkdaşla əlilliyi olan şəxs özü birbaşa əlaqədə ola bilsinlər. Bu kimi hallarda hər şeyi həmin şəxsin əvəzinə etmək istəyiniz onun özünü insan kimi yox, bir obyekt kimi hiss etməsinə səbəb ola bilər.

3. Yeni tanış olmusunuzsa, “qara yumor” dan istifadə etməyn.

Əlbəttə mən özüm də mütamadi olaraq həm öz əlilliyimlə bağlı, həm də ümumiyyətlə əlillik mövzusunda zarafatlar edirəm. Bu zarafatlara uzun zamandır tanıdığım və ya səmimi münasibətim olan insanların da qoşulmasının əleyhinə deyiləm. Amma siz əlilliyi olan biri ilə çox qısa müddətli və səmimi olmayan tanışlıqdan dərhal sonra əlillik mövzusunda zarafatdan, yəni “qara yumor”dan istifadə etməyin, şəxs onu biruzə verməsə belə, böyük ehtimalla xoşlamayacaq.

4. Etdiklərinə möcüzə kimi yanaşmayın.

Ola bilər ki, əlilliyi olan tanışınızın etdikləri sizi çox təəcübləndirir və onunla fəxr edirsiniz. Lakin onun etdiyi hər xırda bir işi şişirtməyə və möcüzə kimi qələmə verməyə çalışmayın. Bu yanaşmanızı ona yalançı təsəlli verməyiniz kimi qəbul edə bilər. Əslində kənardan da bu belə görünür. Ümumiyyətlə əlilliyi olan şəxslərin bacarıqlarını möcüzə kimi qələmə verməyin özü köklü şəkildə yanlışdır.

5. Daim onun dəyişilməsini istədiyinizi deməyin

Xoş arzular pis birşey deyil, amma hər şey qədərində gözəldir. Əlilliyi olan tanışınıza daim və mütamadi olaraq onun “sağalmasını” arzulamağınız, onu indiki halı ilə bəyənməməyiniz anlamına gəlir. Əlbəttə ki, dostunuz özü indiki durumunu ilə barışa bilmirsə, hər vəchlə başqa cür olmaq istəyirsə, bu başqa məsələdir. Lakin dostunuz özünü olduğu kimi qəbul edib reallıqlarla barışıbsa, sizin onu dəyişməyə cəhd etmənizi qarşı tərəf xoş qarşılamaya bilər.

© Murad Məmmədov ( məni facebookda izlə )

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma