Küçədə şahidi olduğum hadisə haqda yazdım, nəticə süpriz oldu.

4 il öncə 2016-cı ildə, şəxsi blogum olan mammadovmurad.com da “Azərbaycanda qızla necə tanış olmaq ?” adlı bir blog post paylaşdım. Səbəb isə küçədə şahidi olduğum bir hadisədən təsirlənməyim idi. Hadisə zamanı bir bəy küçədən keçən xanımla çox qustar üsul ilə tanış olmaq üçün etdiyi cəhdlər idi.

Qeyd etdiyim məqaləmdə mən sərt tənqid və təhqir əvəzinə, küçədə gördüyüm bəyin istifadə etdiyi üsulun effektsiz və etikadan kənar olduğunu qeyd edərək, daha mədəni və effektiv üsulu təklif edərək izahını vermişəm. Və mövzuya dair ümumi faydalı fikirlərimi bölüşmüşəm.

Yazını yazıb paylaşan zaman təsəvvür belə etməzdim ki, bu yazım google-da axtarış nəticəsində ən çox tapılan və kliklənib daxil olunan yazım olacaq. Bəli, baxmayaraq ki, mən əsasən fərdi inkişaf, motivasiya üzrə yazıram, lakin google vasitəsilə ən çox daxil olunan məqaləm qeyd etdiyim məqalədir (statistika screen shot aşağıda paylaşılıb).

küçədə gördüyüm hadisə haqda məqalə

Bəzi insanlar düşünür ki, cəmiyyəti marifləndirmək üçün çoxlu pullar və ya bənzər resurslar lazımdır.

Bəziləri isə tamamilə ümidsizdirlər. Onlar cəmiyyətimizdə mövcud problemləri aradan qaldırmaq üçün heç nə edə bilməyəcəklərini düşünüb pessimist replikalardan istifadə edirlər.

Sözü gedən məqaləm isə göstərir ki, birincisi insanları marifləndirmək üçün milyonlara ehtiyac yoxdur. Evin bir küncündə oturub əlindəki telefonla da bunu edə bilərsən.
İkincisi isə pis şagir yoxdur, “pis” şagirdin dilindən baş çıxarmayan müəllim var. Xitab etmək istədiyiniz insanların düşüncə tərzini analiz edib o düşüncə tərzində danışa bilsəniz, müsbət nəticə əldə etmək mümkündür. Necə ki, bu gün google və digər axtarış sistemlərində “Azərbaycanda qızla necə tanış olmaq olar” sözünü yazan və qızla tanış olmaq istəyən bəylərimiz, məhz eyni başlıq altında marifləndirici məqaləmi oxuyurlar.

Neqativ hadisələr zamanı dərhal tənqidi seçmək qeyri peşəkarlıqdır. Təklif edək, kömək edək, əlimizdən gələni edək. Nəticə görmədikdə alternativlərə əl ataq.

© Murad Məmmədov ( məni facebookda izlə )

 

 

One thought on “Küçədə şahidi olduğum hadisə haqda yazdım, nəticə süpriz oldu.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma