Bu 4 səbəbə görə Azərbaycanda insanlar etiraz etmir

Bu 4 səbəbə görə Azərbaycanda insanlar etiraz etmir.

Yəgin bir çoxunuz fikir vermisiniz ki, ölkədə baş verən problem və ədalətsizliklərə çox az adam reaksiya bildirir – etiraz edir.

Heç nə səbəbsiz olmadığı kimi, bunun da səbəbi vardır. Müşahidə və araşdırmalarıma əsasən, ölkədə yaşayan insanların əksəriyyəti aşağıdakı səbəblərə görə etiraz etmək bacarıqları yoxdur:

1. Ənənəvi ailə institumuz bərbaddır.

Ənənəvi (və ya milli mentaliteti dəstəkləyən) Azərbaycan ailə institutunda övlada hələ uşaq yaşlarından başlayaraq şəxsiyyət kimi yanaşılmaması səbəbilə, özünü ifadə, sorğulamaq, etiraz etmək kimi imkanlar yaradılmır. Əksinə ailələr tərəfindən bu xüsusiyyətlərin qarşısı var güc ilə alınır. Bunu sübüt edən ifadələr:

– Sən uşaqsan otur uşaq yerində.
– Qələtivi elə böyüyəndə danışarsan.
– Böyüklər olan yerdə balacalar danışmaz.

Bu tip cümlələr və hətta bəzən fiziki müdaxilələrlə uşaqlarda etiraz etmə və sorğulama bacarıqlarının qarşısı alınır.
Beləliklə bu şərtlər ilə yetişən bir uşaq, mağazada, restoranda və ya xidmət göstərən dövlət qurumunda haqsızlıqla rastlaşdıqda, fikir bildirmədən, etiraz etmədən öncə yüz dəfə düşünür, sonda isə əksəriyyəti etiraz etmir.

2. Həmrəylik yerlərdə sürünür.

31 dekabr Azərbaycanda “Dünya Azərbaycanlılarının həmrəylik günü” kimi qeyd olunur. Əslində isə nəinki dünya Azərbaycanlılarının, heç qəsəbə Azərbaycanlılarının da həmrəyliyi yoxdur. Məsələn, heç zaman görmərsən ki, taksi sürücülərinə qarşı edilən ədalətsizliyə görə ofisiant işləyən bir şəxs etiraz etsin, və ya tam əksi. Yəni əhalinin böyük bir hissəsi, özünə bir başa təsiri olmayan məsələlərə reaksiya bildirmir. Yəni 100 mənzillik yaşayış binasında 99 mənzilin işıqları söndürülsə, işığı söndürülməyən adam 99 nəfərin probleminə can yandırmayacaq. Amma daha düşünməyəcək ki, 99 mənzilə acımayan bir qurum, o bir nəfərə nəyinki acımaz, lazım gələndə tapdalayıb evini də əlindən alar. Amma insanımız bunu başa düşmür. Çünki vətəndaşlıq məsuliyyəti və həmrəylik yoxdur.

3. Hüquqları qoruyan qurum yoxdur.

Bunu mən özümdən demirəm. İnternetə çıxışı olan hər bir kəs, xəbər saytlarına daxil olub, əllərində hüquqi sənəd formasında sübutları olan insanların, bütün bu sübut və faktlara baxmayaraq aidiyyatı qurumlar tərəfindən hüquqlarının yetərincə qorunmaması və bərpa olunmaması haqda şikayətlər əks olunan video reportajlarla tanış ola bilər. Digər insanların məhkəmələr tərəfindən hüquqlarının qorunmaması haqda video xəbərlər görən adamlar, hüquqları pozulan zaman etiraz etməyə lüzum görmürlər. Hesab edilər ki, başqa insanların hüquqları qorunmadığı kimi, onların da hüquqları qorunmayacaq və etiraz etmək mənasız olacaq.

Aidiyyatı qurumların fəalyyətini tamamilə yararsız və ədalətsiz hesab etmirəm. Amma o qədər aşağı səviyyədədir ki, yararsıza bərabərdir.

İnsanların hüquqlarını nisbətən daha yaxşı qoruyan beynəlxalq qurumlarddan əsas ikisi Avropa insan haqları məhkəməsi və Birləşmiş Millətlər təşkilatının insan haqları məhkəməsidir ki, bu iki quruma da müraciət prosedurları çox qəliz və uzun müddət tələb edən prosedur olduğu üçün, eyni zamanda bu haqda cəmiyyətlə məlumatlılığın kifayət edəcək səviyyədə olmaması üçün, bu qurumlara da müraciət edən insanların sayı çox azdır.

4. İnsanlar hüquqlarından agah deyillər.

Əhalinin böyük bir hissəsi kanstitutsiya haqlarından məlumatsızdırlar. Bu səbəbdən haqları olan məsələlərdən agah deyillər. Yəni bilmirlər ki, vətəndaş olaraq nələr əldə etməlidirlər, hansı xidmətləri əldə etməkləri mütləqdir, vacibdir. Bu azmış kimi, bəziləri hüquqları pozulan zaman bərpa etmək üçün gərəkən hüquqi addımlar haqda da məlumatlı deyillər. Bu kimi məqamlar, nəticədə bir çox insanın məlumatsızlıq səbəbilə etiraz etməməyinə gətirib çıxarır.

Problemin nədə olduğunu bilmək, problemi həll etməyin 50%dir. Hesab edirəm ki, yuxarıda sadalanan problemlərdən sonra onların necə həll edə biləcəyimizə dair uzun uzadı yazmağa ehtiyac yoxdur.

Əlbətdəki problemlərin əksini etməklə onları aradan qalmdırmağa cəhdlər edə bilərik. Məsələn insanların hüquqları barədə məlumatları yoxdursa, onların məlumatlılıq səviyyəsini artırmaq lazımdır. Eynilə də digər problemlərə uyğun tədbirlər görməklə, problemləri aradan qaldırmağa cəhdlər edə bilərik.

Daha güclü və ədalətli cəmiyyət ümidilə:
© Murad Məmmədov ( məni facebookda izlə )

məqsədlərə çatmaq üçün mübarizə

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma