10 sadə addımla məqsədinə çat

Məqsədlərə çatmaq üçün çox sayda üsullar və addımlar haqda kitablar yazılır, filmlər çəkilir. Lakin bu üsulların hamısı hərkəs üçün uyğundur anlamına gəlməməlidir.

Məqsədlərə çatmaq və inkişaf planı individual olmalıdır. Çünki heç kəs sizin daxili aləminizdən sizin qədər xəbərdar ola bilməz. Hər kəs dəqiqliklə bilə bilməz sizi nə narahat edir, sizə nə motivasiya verir. Belə bir plan hazırlayarkən öz xüsusiyyətlərinizə uyğun üsullar əlavə etməlisiniz planınıza.

Ona görə də, bu yazıda sizə məqsədlərinizə çatmaq üçün ümumi istifadə oluna bilinən 10 üsulu qeyd edirəm.

1. Qeyd edin

Məqsədinizin vacibliyini hiss etmək üçün onu mütləq qeyd edin.
Məqsədlərinizi vərəq üzərində qələmlə qeyd etmək mütləq deyil. Telefonunuzun qeyd bölməsinə də yaza bilərsiniz. Əsas odur daima əlinizin altında olsun və gərəkən zaman ona baxa, dəyişikliklər edə biləsiniz.

2. İndi başlayın

Məqsədə çatmaq üçün işə başlamağa bəhanələr gətirmək və ertələmək lazım deyil. Məsələn “yeni ilin ilk günündən başlayaram” “gələn həftənin birinci günündən başlayaram” və sairə kimi bəhanələrə ehtiyac yoxdur. Əgər planı hazırlamısınızsa icarına dərhal başlayın. Elə bu gün və indi.

3. Kiçikdən başlayın

Bir çox insan yeni bir məqsədin reallaşdırılmasına başlayanda buraxdığı əsas səhv çətin və böyük işlərdən başlamaq istəməsidir. Çünki insanlar qısa müddətə böyük nəticələr əldə etmək istəyirlər.
Çətin işlərdən başlayanda siz işin ağırlığından qorxub demotivasiya ola bilərsiniz (həvəsdən düşə bilərsiniz) və elə başlamadan və ya ilk günlərdən yarıda saxlaya bilərsiniz. Buna görə də məqsədinizə çatmaq üçün ən kiçik və yüngül addımlardan başlayın.
Həm də axı siz buna psixoloji olaraq hazır olmalısınız. Siz kiçik işlərdən başlayanda mənəvi olaraq növbəti və daha çətin işlərə hazır olursunuz. Həmçinin reallaşdırdığınız kiçik addım 2-ci daha böyük addım üçün bir motivasiya olur.

4. Təsəvvür edin

Mənim 17-18 yaşım olanda qoltuq ağaclarının köməyi ilə yenicə gəzməyə başlamışdım. Evdə kompüter arxasında avtomobil sürmək oyunu oynayarkən təsəvvür edirdim ki, necə bir gün gələcək və mən Rusiyanın “Reflex” musiqi qrupunun ifasında “Ya razbilo nebo” mahnısını dinləyərək həqiqi avtomobil idarə edəcəm. Bunu təsəvvür etdikcə motivasiyam yüksəlirdi və daha da həvəslənirdim. Çünki təsəvvür edəndə realda yaşayacağın hisslərin bir hissəsini yaşamış kimi olursan və eyni hissləri keçirirsən. Bu gün isə mən eynən 17-18 yaşlarımda təsəvvür etdiyim kimi, Reflex qrupunun ifasının sədaları altında həqiqi və şəxsi avtomobilimi idarə edirəm. Və bunu reallaşdırmağımda təsəvvür etmək üsulunun faydası heç də az deyil.

5. Hər bir işin müyyənləşdirilmiş vaxtını təyin edin.

Bəziləriniz artıq bilirsiniz ki, http://www.handsart.art adlı kiçik bir biznesim var. İndi isə gəlin sizə elə biznesimin özü kimi kiçik bir sirr açım. Bu biznesin demək olar ki, bütün işlərini özüm təkbaşıma edirəm. Bəli kənardan baxanda bu mümkünsüz kimi görünə bilər. Əl işlərini hazırlamaq, onların satış mexanizmasını qurmaq və satışı reallaşdırmaq. Amma reallıq budur ki, mən bunu edirəm. Və bilirsinizmi bu uğurumun əsas səbəblərindən biri nədir ? Səbəb Hands Art üçün görməli olduğum işlərin gün və saatını öncədən müyyənləşdirərək planlamağımdır. Bunu aylar və həftələr öncədən etməyə gərək yoxdur. Həyatımız bu cür dəqiqliklə plan üzrə getsəydi hər şeyi etməyə nə vardı ki :)
Görməli olduğunuz işlərin gününü və saatını elə bir gün öncədən, gecə də edə bilərsiniz. Çünki hər birimizin həyatında gözlənilməz hadisələr baş verir. Buna görə də, məsələn bu gün gecə oturub planlaya bilərsiniz ki, sabah hansı işinizdən sonra və saat neçədə məqsədiniz üçün nəyi və ya nələri edəcəksiniz. Əmin olun ki, bir neçə gün bunu etsəniz, məqsədinizə çatmağınız xeyli asanlaşacaq.

6. Zənciri qırmayın.

Tamamilə təbii haldır ki, bəzən heçnə etməyə həvəsimiz olmur. Bu bəzən əhvalımıza görə, bəzən isə hətta havanın pis, ürəyimizcə olmamasına görə baş verir.
Bu kimi hallarda özünüzü məcbur etməkdən çəkinməyin. Düşünməyin ki, əşi həvəssiz, əhvalsız bu işi görməkdənsə bu gün etməyim. Qətiyyən imkan verməyin ki, gündəlik zəncir qırılsın. Bu məqsədinizə çatmağın yarı yolda qırılmasına belə gətirib çıxara bilər.

Bir dəfə özüm üçün bir plan qurmuşdum. plan çərçivəsində gündəlik görülməli işlər sırasında, sağlam qidalanmaq məqsədilə gündə bir meyvə yemək, daha fit vücuda sahib olmaq məqsədilə isə idman etmək vardı. Bir gün divanda uzanmışdım, idman etməyə həvəsim yox idi, neyi var ərinirdim. Nəticədə qərar verdim ki, bu gün idman etməyəcəm. Qərarı verəndən bir neçə dəqiqə sonra xatırladım ki, durub soyuducudan meyvə götürüb yeməliyəm. Təsəvvür edin meyvə yeməyimə nə mane oldu ? İdman etməməyim. Düşündüm ki, “əşi onsuz bu gün idman da etməmişəm, bir dəfəlik sabah hər ikisini edərəm” Təsəvvür edə bilirsiniz ? Etməli olub amma etmədiyim bir iş, heç bir əlaqəsi olmadan digər işi də icra etməyimə mane oldu.

Bütün bunları nəzərə alaraq çalışın zənciri qırmayın və bunun üçün lazım gələrsə özünüzü məcbur edin. Əmin olun ki, bu məcburiyyətin sonunda gecə yatağınıza uzandığınız zaman, bütün çətinliklərə və həvəssiz olmağınıza baxmayaraq o işi icra etdiyiniz üçün özünüzlə fəxr edəcəksiniz.

7. Bu insanları özünüzdən uzaqlaşdırın

Məqsədlərinə çatan insanlar, istədiklərini edə bilən insanlar sizə də “edə bilərsən” deyəcəklər. Lakin elə insanlar da var ki, məqsədlərinə çatmadan yarımçıq saxlayırlar, istəklərini reallaşdıra bilmirlər. Məhs bu insanlar da sizə, “edə bilməzsən” deyəcəklər. Və ya istəklərinzi mümkünsüz olduğunu demək üçün çox sayda qəliz suallar verəcəklər və bunu çətin edə biləcəyinizə inandırmağa çalışacaqlar sizi. Məqsədinizə çatmaq üçün fəaliyyətə başlayanda, məhs ikinci tip insanlardan uzaq durun. İmkan verməyin ki, onlar sizi motivasiyadan salsınlar.

8. Sağlam həyat tərzinə önəm verin.

Söhbət konkkret nələrisə atmaqdan tərgitməkdən getmir. Sadəcə məqsədlərə çatmaq üçün ruh halımız önəmlidir. Sağlam ruh üçün isə sağlam bədən gərəkdir. Yəni siz yatıb durmaq saatlarınıza, sağlam və faydalı qidalanmağınıza və psixoloji rahatlığınıza diqqət yetirsəniz, məqsədlərinizə çatmaq daha da asanlaşacaq.
Hərdən olur ki, mən gecə 2-3 ə dək sosial şəbəkələrdə gəzişib gec yatıram. Məhs həmən günün səhərləri gec oyanıram və gec oyandığım üçün günümün yarısı əldən çıxır. Alimlər isə iddia edirlər ki, beynimizin ən məhsuldar saatı ünorta saat 12-ə qədərdir. Ondan sonra beynimizin məhsuldarlığı get-gedə azalır.

9. Başqalarına baxın.

Hər nə qədər adekvat olmasa da, çox təəsüf ki, insan övladı yaxşını və pisi müəyyənləşdirmək üçün müqayisə etməlidir. Yəni yaxşı və pis nisbətdə müəyyənləşir. Məsələn zülmət qaranlıq olmalıdır ki, alaqaranlığı müəyyənləşdirə biləsən. Eləcə də, məqsədinizə nisbətən daha yaxşı çatmağın yollarını bilmək üçün, eynən sizin məqsədinizə daha öncədən çatmış insanları araşdırın və onların bunu necə etdiklərini öyrənin. mütləq ki sizin istəkləriniz başqalarında da olub və onlar bunu reallaşdırıblar. Belə bir halda, niyə də etmək üçün artıq edən insandan nümunə götürməyək ki ?

10. Məqsədə çatmağın gedişatını analiz edin.

Məqsədinizə çatmaq üçün gördüyünüz işlərin effektivliyini vaxt aşırı analiz edin. Görsəniz ki irəliləyiş azdır, deməli nələrisə dəyişmək və yeni tədbirlər əlavə etmək lazımdır.
© Murad Məmmədov ( məni facebookda izlə )