internetdə yayılan saxta məlumatlar

internetdə yayılan saxta məlumatları ifşa etməyin 3 sadə qaydası

Artıq 12 ildir internetdən aktiv istifadə edirəm. Və təcrübə göstərir ki, bir çox şəxs internetdə yayılan saxta məlumatlara aldanırlar. Dezinformasiya yayan mənbələrin isə hərəsinin öz məqsədi var. Bəzən bu mənbələr xarici ölkələrdə olur, bəzən isə ölkə daxilində.

Uzun müddətdir bu haqda yazmağı düşünsəm də müxtəlif səbəblərdən alınmırdı. Lakin bu günlərdə aktuallaşan coronavirus mövzusu bu yazını yazmağımı vacib etdi. Çünki bu virus da daxil olmaqla bir çox bədbəxt hadisə zamanı, hadisə haqda yayılan saxta məlumatlar hadisənin zərərindən daha böyük olur.

Məsələn elə bu coronavirus haqda yayılan şaiələrə görə insanlar çindən məhsul sifariş etmirdilər və bu iqdisadiyata milyonlarla usd zərər verə bilər. Bu səbəbdən ümumdünya səhiyyə təşkilatı rəsmi məlumat yayaraq qeyd edib ki, bu virus sifarişlərlə, yəni əşyalar vasitəailə keçə bilmir. Və bu həqiqətdir, çünki özüm də sifarişlərimi qəbul etmişəm, hazırda da bu yazını yazıram :)

Beləliklə sizlərlə internetdə yayılan saxta məlimatları ifşa etməyin üsullarına dair öz təcrübəmlə bölüşürəm.

1. Yalnız rəsmi mənbələrə əsaslanın.

İnternet istifadəçilərinin sayı artdıqca saxta məlumatların yayılması da artır. Məsələn əgər kimsə yalan bir məlumat paylaşırsa, onu izləyən adam nə qədər çox olsa, o çox adamın içindən bu saxta məlumatı araşdırmadan paylaşan, tirajlayanların sayı da çox olacaq. Bu səbəbdən yalnız rəsmi qurumların hər hansısa hadisə və ya hadisənin gedişatı haqda etdikləri paylaşımlara əsaslanın. Həmçinin dünyaca məhşur xəbər agentliklərinin, məsələn BBC, CNN paylaşımları da etibarlı mənbə hesab olunur. Çünki onlar da əsaaən rəsmi qurumlara əsaslanırlar, istinad edirlər.

Təsüflə qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının 99% qeyri peşəkar fəaliyyət göstərirlər. Rastlarına çıxan saxta xəbərləri araşdırmadan tirajlayırlar. Bu səbəbdən ölkədə fəaliyyət göstərən 2-3 agentlik istisna olmaqla digərlərinə etibar etməyin.

2. Şəkil və ya videonun əslini tapın.

Əgər kimsə hər hansısa bir şəkil paylaşırsa və bu şəkil sizdə şübhə doğrursa. Və ya şəkili paylaşan ilk mənbəni tapmaq istəyirsinizsə, google axtarış sisteminə daxil olun, foto bölməsini seçin və aşağıda göstərdiyim kimi düyməni klikləyərək sizdə şübhə yaradan fotonu seçin. Bu üsul ilə siz həmən fotonu paylaşan bütün veb saytları və hansı mətnlə paylaşdıqlarını görə bilərsiniz. Siz bunu google chromedə mouse də sağ düyməni basaraq ‘bu fotonu googledə axtar’ seçimini seçərək edə bilərsiniz. Əgər axtardığınız şəkil yox videodursa, videodan bir kadr screenshot edərək, qeyd etdiyim üsul ilə axtarışa verib tapa bilərainiz.

3. İki klikə tərcümə edin

Əgər paylaşılan xəbər sizin bilmədiyiniz əcnəbi bir dildədirsə, narahat olmayın. Bu halda yenə də google chrome internet brovserində yuxarı sağ küncdə yerləşən 3 düyməyə klikləyin, açılan pəncərədən isə tərcümə seçimini seçərək, oxuduğunuz xəbər səhifəsini cəmi bir neçə saniəyə istədiyiniz dilə çevirə bilərsiniz. Əlbətdə bütün dillərə yaxşı tərcümə olunmasa da, hətda pis tərcümə olunan dillərdə də ümumi məğzi anlamaq olar.

 

Sonda isə qeyd etmək istəyirəm ki, ən etibarlı mənbə olan gözlərimiz də bəzən bizi yanıldırsa, istənilən mənbənin istənilən informasiyası ilə rastlaşdığımız zaman hisslərimizə yox, məntiqimisə söykənməliyik.

© Murad Məmmədov ( məni facebookda izlə )

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma