Bütün uşaqlar internatda böyüməlidirlər

Bir dəfə metroda kitab oxuyaraq gedirdim. Kitabın müəllifi Oşo idi və oxuduğum sətirlər uşaqların uşaq evlərində böyüməli olması haqda idi. 7 ilə yaxın zaman keçməsinə baxmayaraq o sətirlər hələ də yadımdan çıxmır və günü gündən orada yazılanları daha da çox dəstəkləyirəm.

Motivasiya verici seminarlarım və yazılarıma görə, mütəmadi olaraq gənclər mənimlə görüşüb, çətinlikləri haqda söhbətləşmək istəyirlər, çalışdığım qədərilə bu görüşlərə gedirəm.

Gənclərin çətinlikləri haqda söhbət edərək analiz etdiyim zaman diqqət edirəm ki, onların indiki çətinliklərinin və ya onlara mane olan əksər səbəblərin kökü, uşağlığa və uşağlıq zamanı ailə daxili baş verən münaqişələrə, problemlərə gedib çıxır.

Digər modellər haqda dəqiq deyə bilmərəm, lakin klassik və ənənəvi ailə institutu (iki nəfərin ailə qurması, dünyaya gələn övladlarının davamlı olaraq onlarla birllikdə yaşaması, övladı valideynlərin tərbiyə etməsi) çox risklidir.

Çünki heç kəs qaranti verə bilmir ki, övlad yetişdirən valideynlər uşağı psixoloji travmalarsız böyüdəcəklər. Və yaxud da özlərinin həqiqət hesab etdikləri şeyləri həqiqət, yanlış hesab etdiklərini yanlış kimi aşılamayacaqlar. Qısa desək, özlərinin copy pastelərini yaratmayacaqlar.

Bu 2 halın baş verməsi uşaqların həyatlarını məhv edir. Hər birini qısa olaraq analiz etsək:

Psixoloji travmalar

Əlbəttə mən psixoloq deyiləm, lakin bu travmaların fərqinə varmaq heç də çətin deyil. Ən elementarına baxsaq, əgər bir uşaq qonşularına nisbətən maddi gəlirləri daha az olan bir ailədə yaşayırsa, bunun özü belə travmalara, sarsıntılara yol aça bilər. Bu hələ ən elementarıdır. Bunun valideylərin hər gün evdə dava etmələri var. Və ya valideynlərin öz valideynlərindən öyrəndikləri kimi, uşağı fiziki və mənəvi zorakılıqla, şiddətlə “tərbiyə” etmələri var. Xüsusən də qadağalar və zorakılıq hallarında uşaqlar daha çox travma alır. Bunun səbəbi isə ailəsinə qarşı nifrət və sevgi hissini eyni anda yaşamasıdır. Bu çox ağrılı bir şeydir.

Özlərinin kopyalarını yaratmaları

Dünyada çox az adam var ki, özünü nədəsə günahkar hesab edir. Əksər insanlar pis əməllərinin belə səbəblərini başqalarında görürlər. Yəni bu gün başqa insanları öldürən, şəhərləri xarabalığa çevirən bir terrorist cütlük belə, etdiyi əməlləri pis hesab etmir. Və ən dirənən yerdə etdiklərinin günahını başqalarının üzərinə atacaq.

Bunun üzərinə ailələrin övladlarını özləri kimi görmək isəməklərini gəlsək, bu terorist cütlüyün öz övladlarını da cinayətkar ruhda yetişdirməyəcəklərinə heç kəs qaranti verə bilməz. Və klassik ailə institutu cəmiyyətə növbəti potensial cinayətkarı bəxş edəcək.

Bu da çox elementar bir nümunədir. Siz heç bilirsiniz mən nə qədər yüzlərlə gənc və yetişkin insan tanıyıram ki, valideynlərinin təkid və təzyiqi ilə valideynlərinin çalışdığı ixtisas və sahələrə yönləndiriliblər ? Çünki uşaqlarını özləri kimi görmək istəyirlər, çünki özlərinin haqq yolunda olduğunu hesab edirlər, baxmayaraq ki, heç bir həqiqət yoxdur və hər şey nisbidir. Bu gənclər sonradan özlərində başqa potensial və maraq kəşf edəndə, heç də hamısı bu kəşfin ardınca getməyə hazır olmur.

Bu halda gənclərin öz istəkləri, maraqları ürəklərində məhv olub gedir. Və mən hesab edirəm ki, bir insanın istəkləri, xəyalları ölürsə, onun yaşadığı cəmiyyət ölür, onun yaşadığı dünya ölür.

Bütün bu yuxarıda qeyd olunanları nəzərə alaraq, mən hesab edirəm ki, klassik ailə institutu uşağın özü və cəmiyyət üçün çox risklidir. Bu səbəbdən dünyaya gələn bütün uşaqların internatlarda, yəni uşaq evlərində yetişdirilmələrinin tərəfdarıyam. Oşonun bu nəzəriyyəsini tamamilə dəstəkləyirəm. Doğrudur belə bir uşaq yetişdirmə metodunun özü çox böyük əmək və möhtəşəm planlama tələb edir. Amma düşünmürəm ki, bu gün kosmosa avtomobil göndərən insan, belə bir modelin hazırlanması qarşısında aciz olsun. Bəli çox sayda suallar var. Bəs o uşaqları yetişdirəcək tərbiyəçiləri kimlər yetişdirəcək? Və o tərbiyyəçilər hansı ideologiyaya sahib olmalıdırlar? Uşaqlar valideynləri ilə hansı aralıqda görüşməli və birgə olmalıdırlar ? Əminəm ki, alimlərdən ibarət böyük bir işçi qüvvəsi bu sualların cavablarını tapa bilərlər.

Uşaq mövzusu mənim üçün dünyada ən həssas mövzudur. Hətta bu mövzunun mənim üçün bu qədər həssas olması belə mənim uşaqlığımla bağlıdır.

© Murad Məmmədov ( məni facebookda izlə )

internetdə yayılan saxta məlumatlar

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma