azad seks olmayanda yaranan problemler

Qonşunun arvadına yaraşır amma mənim arvadım geyinməsin! – Azərbaycanlıların “yarım azadlıq” sindromu

Seks biznes işçisinə (el dilində fahişəyə) öz həyatıdır özü bilər deyiblər, amma seks işçilərini daima əxlaqsız qadın adlandırıblar.

Son günlər baş verən olaylardan sonra cəmiyyətimizdə yeni bir sindrom sezmişəm, bu sindroma da “yarım azadlıq sindormu” adı vermişəm.

Çünki  son hadisələr göstərdi ki, hətta özlərini demokrat və liberal adlandıran insanların bir çoxu, tam demokrat və liberal deyillər. Əslində bizdə hər zaman belə olub. Məsələn azadlıq və demokratiya tərəfdarları aşağıdakı düşüncədə olublar:

– Ölkədə söz azadlığı yoxdur, demokratiya yoxdur deyə şikayətləniblər, amma homoseksuallar etiraz aksiyası edəndə, onları tənqid və təhqir ediblər.

– Seks biznes işçisinə (el dilində fahişəyə) öz həyatıdır özü bilər deyiblər, amma seks işçilərini daima əxlaqsız qadın adlandırıblar.

– Qonşu kişini həyat yoldaşına əl qaldırmaqda qınayıb, öz qadınlarına geyim məhdudiyyəti qoyublar.

– Metroseksual kişilərin saç uzatmağına, sırqa taxmaqlarına tolerant yanaşıb, qaş almaqlarını tənqid ediblər.

– Və son olaraq da, Əli Kərimlinin etdiyi kimi, feministləri etiraz etdikləri üçün dəstəkləyib. Amma tərəfdaşları bir az onu sıxışdıran kimi, bəzi feministlərin plaklatarında yazılan “vagina” “kimə istəsəm verərəm” “məmə” kimi sözləri əxlaqsızlıq adlanırıb.

Bütün bu yarımçıq dırnaq arası azadlıqlar ona görədir ki, bizim ruhumuzda, keçmişimizdə demokratiya olmayıb. İnsanlar son bir neçə on illikdə nə olduğunu eşidib ayaq uydurmağa çalışırlar, amma içlərində bir birini kölə etməyə çalışırlar.

Yoldaşlar özünüzə gəlin! Yarımçıq azadlıq olmur, azadlıq ya olur ya da olmur. Sən özünü demokrat, liberal adlandırırsansa, heç kəsə deyə bilməzsən ki, sən azadsan, 10-a qədər saymaq azadlığın var, amma 10-dan o tərəfə keçmə. Bu gülməlidir.

Əlbəttə Azərbaycanlıların “yarım azadlıq sindromu”na yoluxmaqlarının əsas səbəbi, 10 demokratdan 9-nun içindəki patriarxal düşüncələrdən, milli mənəvi dəyərlərdən uzaqlaşa bilməməsidir. Hər nə qədər də muasirləşməyə, avropaya amerikaya ayaq uydurmağa çalışsalarda, bunun təbii şəkildə baş verməsi üçün zaman lazımdır.

Yarımçıq deyil, tam və ürək dolusu azadlıq arzusu ilə:

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma