Son günlər əksəriyyətimizin evdə olmasını nəzərə alaraq sizlərə həyata dair düşüncələrimizi və baxışımızı dəyişə biləcək 5 film tövsiyyə edirəm. Qeyd edim ki siyahı internetdən götürülmüş hazır siyahı deyil. Siyahılar içərisindən özüm izləyib, digərləri üçün də faydalı olacağını hesab edərək seçdiyim filmlərdir. Filmlərin əksəriyyəti realhadisələrə əsaslanır.
Filmləri ingiliscə original dildə internetdə tapmaq asandır deyə, Yalnız Türk və Rus dilində izləyə biləcəyiniz keçidləri əlavə edirəm. Hər birinizə xoş seyirlər arzu edirəm.
1. My Left Foot (Mənim sol ayağım)
Filmin 1990-cı ildə çəkilməsi sizi qorxutmasın. Bu film Christy Brown (Daniel Day-Lewis) adlı şəxsin real həyat hekayəsi əsasında hazırlanıb. Uşaq serebral iflici diaqnozu ilə dünyaya gələn Daniel Day-Lewis məhşur yazıçı – rəssam olmaq istəyir. Bütün bunları edə bilməsi üçün o bədəninin sadəcə bir hissəsini, sol ayağını istifadə edə bilər.
Bu film əla bir fürsətdir ki, istəklərimizi həyata keçirmək üçün hamımızda hansısa bir xüsysiyyətin olmağı haqda düşünək. Və bu xüsusiyyəti aşkarlayaq. Danielin özündə işlək olan yeganə ayağını kəşf etdiyi kimi.
Filmi Türkcə izlə.
Filmi Rusca izlə.
2. Minimalism (Minimalizm)
Filmlərdə və reklamlarda bizlərə “xoşbəx həyat” kimi göstərdikləri həyat həqiqətən bizi xoşbəxt edirmi ?
Bəs bir iki dəfə istifadə edib atdığımız geyimlər və əşyalar üçün ömür boyu gecə gündüz işləməyimiz haqda düşünmüsünüzmü ?
Minimalist həyat tərzi haqda iki dostun bəhs etdiyi real və sənədli filmi izləsəniz, bu suallarınıza cavab tapacaqsınız.
Filmi Türkcə altyazı ilə izlə.
Filmi Rus dilində izlə.
3. Living On One Dollar ( Bir dollara yaşamaq)
Dünyada 1.1 milyard insan gündəlik 1 dollar gəlir ilə yaşayır. Onlar hər gün xəstəlik və aclıqla mübarizə apararaq yaşayırlar.
Belə bir həyatı öyrənmək üçün, 4 dost eksperiment edərək gündəlik bir dollara yaşanılan ərazilərdən birinə gedərək, bir müddər orada yaşayıb sənədli film çəkiblər.
4. I Don’t Feel At Home In This World Anymore (Bu dünyada özümü evimdəki kimi hiss etmirəm)
Tibb bacısı işləyən Melanie həyatdan bezib. Eyni zamanda onun evinə oğru girir və onun üçün dəyərli olan əşyaları oğurlayır.
Film macəra dolu olduğu qədər də maraqlıdır və gözlənilməz sonluğa malikdir. Film Netflix istehsalıdır.
Filmi Tükcə izlə.
Filmi Rusca izlə.
5. The 15:17 To Paris ( 15:17 də Parisə)
2015 ci ildə terror aktının qarşısını alan 3 amerikalı dost haqda real hadisələrə əsaslanmış nöbəti bir film.
Film bir daha göstərir ki, niyyətimiz və məqsədimiz nədirsə, həyat (cazibə qüvvəsi) bizi o istiqamətdə hərəkət etdirir.
Filmi Türkcə izlə.
Filmi Rusca izlə.
© Murad Məmmədov (facebookda izlə)
One thought on “Həyata baxışınızı dəyişəcək 5 film (özüm də izləmişəm)”