azad seks olmayanda yaranan problemler

Azad seks olmayanda yaranan 5 problem

Mühafizəkar insanların böyük bir hissəsi elə bilir ki, azad seks ictimai yerlərdə sekslə məşğul olmaqdır. Lakin necə deyərlər, əsl azad seks bu deyil.

Əlbəttə mən də istəyərdim ki, 2020-ci ildə azad seks olmayanda yaşanan problemlərdən yox, başqa mövzudan yazım. Lakin çox təəssüf ki, hələ də kiminləsə ailə həyatı qurmadan cinsi əlaqədə olduğu üçün öldürülən, qısnamaya məruz qalan, fahişə adlandırılan və sairə təzyiqlərə məruz qalan yüzlərlə qadınlar var.

Müşahidələrim deməyə əsas verir ki, ölkədə mühafizəkar insanların böyük bir hissəsi azad seks anlayışının özünü belə yanlış anlayırlar. Bu insanlar elə bilirlər ki, azad seks küçənin ortasında, ictimai məkanlarda sekslə məşğul olmaqdır. Lakin necə deyərlər, əsl azad seks bu deyil.

Özlüyündə isə azad seks, sənin istədiyin bir şəxslə cinsi əlaqədə olmağına, heç kəsin qarışmamasıdır. Yəni bu gün sənin rəsmi dövlət nigahın olmadan kiminləsə sekslə məşğul olmağın bilinəndə, qardaşın sənin başını kəsmir, atan övladlıqdan çıxarmır, qonşular arxanca “fahişə”, xalaların isə “boyumuzu yerə soxdun” demir.

Bəs ölkədə azad seks olmayanda nə kimi problemlər yaşanır ?

1. Təcavüzün sayı artır

Azad seks olmayan ölkələrdə avtomatik olaraq seks aclığı yaranır. Yaranan seks aclığı isə fiziki və mənəvi seksual təcavüzə gətirib çıxarır. Təsadüfi deyil ki, Thomson Reuters fondunun 2011-ci ildə apardığı araşdırmaya əsasən, qadınlar üçün ən təhlükəli 10 ölkə siyahısında əsasən azad seksin məhdudlaşdırıldığı ölkələr çoxluq təşkil edir. Və bu təhlükələrin yer aldığı əksər siyahıda seksual təcavüz yer alır. ( Mənbə: https://www.straitstimes.com/world/which-are-the-worlds-10-most-dangerous-countries-for-women )
Azərbaycanda fiziki seksual təcavüz geniş yayılmasa da, qadınların mənəvi olaraq seksual təcavüzə məruz qalmalarını hər gün, hər yerdə müşahidə edə bilərik. Bu mənəvi təcavüzlər sırasında əsasən:
İctimai yerlərdə açıq və sərbəst geyimdə olan qadınlara olan baxışlar, geyimindən asılı olmayaraq arxasınca söz atmalar, ədəbsiz təkliflər və digər aşağılayıcı qısnamalar müşahidə olunur. Və bütün bunların səbəbi azad seksin olmamasıdır. Məsələnin paradoksal tərəfi isə budur ki, azad seksə qarşı olduğu üçün bir növ təcavüzlərə yol açan və gecə saatlarında təcavüz ola bilər deyə övladını çölə buraxmağa qorxan da eyni valideynlərdir.

2. Aqressiya və stress yaranır

Cəmiyyət tərəfindən sıxışdırılan və məhdudlaşdırılan azad seks, bir çox insanların həyatında seksin azalmasına, olmamasına gətirib çıxarır. İnsan həyatında seksin olmaması və ya az olması səbəbəbilə yaranan problemlərin içərisində aqressiya və stress ilk sıralardadır.
American Journal of Public Health araşdırmasının nəticələrinə əsasən, bakirəliyini 20 və hətta 30 yaşlardaa itirən insanlar nisbətən daha çox gərginlik və stress yaşayan insanlardır. Həmçinin bildiyimiz kimi, sekslə məşğul olan zaman bədənimiz xoşbəxtlik hormonları ifraz edir ki, onlar da bizim stressdən və depressiyadan qorunmağımızda vacib rol oynayırlar.

İndi başa düşürsünüz Azərbaycanda küçədə əksər insanların üzündən niyə zəhirmarlıq yağır ? Əlbəttə ki, bu gərginliyin yeganə səbəbi kommunal xidmətlərin ödənişləri deyil :)

3. Yalan üzərində münasibətlər qurulur

İllər öncə bir xanımla münasibət qurmuşdum. Münasibətimizin gedişatı sekslə məşğul olmaq istəməyimizə gətirib çıxarırdı. Belə bir məqamda isə iş o həddə çatmışdı ki, xanımın sözündən belə çıxırdı ki, mənə bir kəlimə “səni sevirəm” de, sevgili olaq, bundan dərhal sonra yatacam səninlə. Cəmiyyət tərəfindən rəsmi nigah olmadan sekslə məşğul olmaq o qədər ayıb birşey kimi diqtə edilib ki, xanım özü məndən çox istəsə də, ən azından sevgili olmağımızı özü üçün qarantiləmək istəyirdi. Çünki tanışlığımızdan çox az müddət keçməklə onun da məni sevməsi mümkün deyildi, necə ki mən onu sevmirdim. Nəticədə mən onu yatağa atmaq üçün yalan danışmaqdan imtina etdim və biz ayrıldıq.

Amma bu yalanı danışanlar az deyil. Qarşı tərəfi sırf yatağa atmaq üçün, yalandan səni sevirəm deyənlər bir kənara, seks korluğu çəkməsinlər deyə, pulsuz seks naminə evlənən kişilərin sayı da kifayət qədərdir. Və bütün bunlar sadəcə azad seksin olmadığı üçündür. Azad seks olduğu təqdirdə insanlar rola girməzlər. Ən azından girənlərin sayı azalar.

4. Qadınlar ölür.

Əgər bir cəmiyyətdə azad seks yoxdursa, deməli həmin cəmiyyətdə ümumiyyətlə seks özü ayıb bir şey kimi qəbul olunur. Heç kəsin dilindən eşitməmişəm, şəxsən özüm tvdən izləmişəm ki, necə bir kişi, vəfat etmiş qardaşının dul qalan həyat yoldaşının başqa bir kişi ilə sekslə məşğul olduğu üçün öldürmüşdü. Və cinayət işi verilişində cinayətin təfərrüatları haqda bəhs edirdi. Bu gün bənzər hadisələr yüzlərlərlədir, sadəcə hamısı tv-də işıqlandırılmır. Hamısı da lənətə gəlmiş bu seksin ayıb birşey olmasına görə, dolayısı yol ilə isə insanların özləri istədikləri şəxslərlə sevişməsinə görədir. Yəni azad seksin olmaması çox sayda qadın qətillərinə gətirib çıxarır.

5. Seks işçilərinə əxlaqsız kimi yanaşılır.

Əksəriyyətiniz indi düşünürsünüz ki, əşi onlar onsuz da əxlaqsızdılar da. Bəs onları niyə əxlaqsız hesab etməyiniz haqda düşünmüsünüzmü ? Əslində el dilində fahişə adlandırdığımız qadınlarla hər gün rastlaşırıq. Hətta onlara avtobusda, metroda, marketdə növbəmizi və yerimizi veririk. Onları əxlaqsız adlandırmağımızın yeganə səbəbi onların tanımadıqları və ya tanıdıqları, lakin rəsmi nigahda olmadıqları insanlarla pul qarşılığında sekslə məşğul olmalarıdır. Lakin azad seksin məhdudlaşdırılmadığı və ya adi qarşılandığı ölkələrdə seks biznes işçilərinə əxlaqsız kimi yanaşılmır. Çünki onların bir çoxundan yeganə fərqi, sadəcə vaginaları ilə pul qazanmalarıdır. Necə ki, futbolçu Lionel Messi ayağı ilə pul qazanır.

Yazının müəllifi: © Murad Məmmədov (facebookda izlə)

azad seks olmayanda yaranan problemler

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma