Bu yazıda sizlərə “yox daha nələr” deyəcəyiniz qədər möhtəşəm özünü inkişaf üçün 8 sayt məsləhət görürəm.
1. Coursera
Dünydada qabaqcıl təhsil ocaqlarının təqdim etdiyi kursların mövcud olduğu təhsil patforması. “Şəxsi inkişaf” bölməsində liderlik və oratorluq peşəsindən tutmuş, həyatınızı maraqlı və dolğun yaşamaq üçün grəkən bacarıqlara qədər peşəkarların təqdim etdiyi kurslar mövcuddur.
2. TED
Həyata baxış bucağını genişləndirmək və yeni təcrübələrlə tanış olmaq və yüksək motivasiya qazanmaq istəyənlər üçün möhtəşəm platformadır. TED”də həm peşəkar elm adamları həm də adi insanlar qarşılaşdıqları inanılmaz hadisələrdən və bu hadisələr nəticəzində qazandıqları bilgilərdən danışaraq başqa insanları da ruhlandırırlar. Çıxışlar müxtəlif dillərdə olsalar da, əksəriyyətində bir çox dildə subtitle mövcuddur.
3. 750 words
Bu sayt sizin hər gün 750 söz yazmağınız üçündür. Əgər siz hər gün səhər və ya günün digər saatlarında 750 yazsanız, siz beyninizdə olanlarla daha yaxından tanış ola bilərsiniz. Bu hər hansısa sosial şəbəkə deyil. Burada yazdığınız sözləri yalnız siz özünüz görürsünüz. Siz burada ağlınıza gələn hər şey barədə yaza bilərsiniz. Bu bir növ şəxsi online gündəliyinizdir, lakin sizin özünüzlə və gələciyiniz haqda düşüncələrinizlə daha yaxından tanş olmaq üçün əla fürsətdir. Saytda müxdəlif statistk info qrafikalar sizə neçə dəqiqəyə hansı aralıqda yazmağınıza dair məlumatlar verir. Həmçinin hər gün yazdıqca ballar toplayırsınız, digər insanların da ballarına baxa bilərsiniz, yarışa bilərsiniz.
4. Beyin məşqçisi Lumosity
Saytda yaddaşı, diqqəti, reaksiya sürətini və düşüncəni möhkəmləndirmək üçün məşğələlər mövcuddur. Saytın həm ödənişsiz, həm də ödnişli imkanları mövcutdur.
5. Fon səsləri Soundscaper
İnkişaf etdirmək üçün ən vacib olan xüsusiyyətlərdən biri diqqət və fikirimizi bir yerə cəmləyə bilməkdir. Siz bu saytda sizin diqqətinizi cəmləməyə kömək edəcək fon səsləri, məsələn dəniz, meşə, ildırım və sairə səsləri iş görərkən fon səsi olaraq seçə bilərsiniz.
6. Slideshare
İnsanların ən müxtəlif mövzularda hazır təqdimatlar yerləşdirdiyi sayt. Saytda mövzulara uyğun axtarış edərək işiniz və fəaliyyətiniz üçün sizə lazım olan təqdimatları və ən əsası pulsuz şəkildə özünüz üçün yükləyə bilərsiniz.
7. Pomodoro
Dünyada iş zamanınızın idarə olunması və effeltiv iş zamanı əldə etmək üçün istfadə olunan Pomodoro metodikası üçün nəzərdə tutulan ən sadə və asan istifadə olunan bir sayt. Sayt vasitəsilə 25 dəqiqəlik iş zamanı, 5 dəqiqəlik qısa, 10 dəqiqəlik uzun fasilə zamanı və sairə funksiyalardan istifadə edə bilərsiniz. Ümumiyyətlə bu metodikadan xəbəriniz yoxdursa, youtube də və.s saytlarda axtarıb izləyə bilərsiniz. Kifayət qədər effektiv üsuldur.
8. Özünüzə məktub yazın
İndiki özünüzlə gələcəkdəki özünüzü müqayisə etmək üçün özünüzə məktub yazın. Gələcəkə özünüzdən özünüzə məktub almağınız üçün hər şey var. E mailı qeyd edirsiniz və məktubun gəlməsi üçün tarix seçirsiniz, məsələn üç ay sonra, bir il sonra, iki il sonra və sairə.
© Murad Məmmədov (facebookda izlə)