Karantin günlərində bu şeyləri etməyin

Karantin günlərində öz təcrübəmdə yaşadığım və neqativ təsirini gördüyüm şeylər haqda sizləri də məlumatlandırmaq qərarına gəlmişəm. Çalışın karantin günlərində bu şeyləri etməyəsiniz.

Qarşınıza çıxan hər şeyi paylaşmayın

İnformasiya qəbulunun insanların həyatındakı rolu olduqca əhımiyyətlidir. İnformasiya vasitəsilə insanların dünyaya baxışı formalaşır, başqaları ilə olan münasibətləri tənzimlənir, qəbul etdikləri qərarlara təsir edir.

Bu o deməkdir ki, sosial şəbəkələrdə qarşınıza çıxan məlumatları araşdırmadan, dəqiqləşdirmədən etiyiniz paylaşımlar, sizin üçün adi bir post olsa da, rəqəmsal zəkası yüksək olmayan insanlar üçün hər hansısa bir qərar vermələrində həlledici məqam ola bilər.

Məsələn siz coronavirus karantinilə bağlı saxta bir xəbəri araşdırmadan paylaşsanız, bu hansısa kasıb bir ailənin, marketə qaçaraq əlində olan qalan pulunu lazımsız ərzaqlar almağına səbəb ola bilər. Və irəlidəki günlərdə bu ailənin pulsuz qalmasında siz də məsuliyyət daşıyacaqsız.

Bu səbəbdən hər kəsi, qarşısına çıxan məlumatı paylaşmadan öncə özünə bu sualalrı verməyini xahiş edirəm:

“İnformasiyanı paylaşan şəxs bu sahədə nə qədər peşəkardır?”
“Paylaşan şəxsin və ya qurumun online mediada imici hansı səviyyədədr ?”
“Bu xəbəri ilk olaraq kim paylaşıb ? Faktlar varmı ?”

Gec yatmayın

Gedəcək məkanlarımız və görüləcək işlərimiz azaldığı üçün, çoxumuzun səhərlər tələsən yeri yoxdur. Bu səbəbdən bir çoxumuz gecələr gec yatırıq, bəzilərimiz isə səhərə qədər oyaq qalıdır. Karantin günlərində bu etdiyimiz ən böyük səhvlərdəndir. Gec yatanda, səhər yox, günorta oyanırıq. Bu da öz növbəsində, onsuz da əsəb, gərginlik keçirdiyimiz günlərdə , bizi daha da yorğun və əzgin edir.

“The Lancet Psychiatry” jurnalında yayımlanan araşdırmaya əsasən, 91 min insan arasında aparılan araşdırmaların nəticəsi göstərib ki, gec yatan insanlar, gecələr ərkən yatan insanlara nisbətən daha çox kliniki depressiya və digər psixoloji sarsıntılar yaşayırlar. (Mənbə: https://www.mk.ru/science/2018/05/18/pozdno-lozhitsya-spat-okazalos-opasno-dlya-psikhiki.html )

Lakin bu günlərdə baş verənlərə qarşı dirənə bilməyimiz üçün gumrah və sağlam psixologiaya sahib olmağımız mütləqdir! Bu səbəbdən rejimimizi bərbad hala salmayaq, gecə zamanında yatıb, səhərlər tez oyanaraq məhsuldar gün keçirək.

Sosial şəbəkələrdən çox istifadə etməyin.

Göründüyü kimi, artıq bir neçə həftədir sosial şəbəkələrin gündəmi yalnız covid-19 virusudur. Və biz bu günlərdə bekarçılıq səbəbilə guya başımızı sosial şəbəkələrlə qatmağa çalışsaqda, əksinə özümüzü neqativ xəbərlərdə dolu olan bir məkanın içinə atırıq. Belə bir halda, sosial şəbəkələrdən aşırı istifadə etmək əvəzinə, daha fərqli portallarda, fərqli mövzularda vidolar və ya məqalələr izləmək daha yaxşı seçimdir. Məsələn əlilliyi olan şəxslərlə ünsiyyət zamanı nələrdən çəkinməliyik ? Mövzusunda məqaləyə göz gəzdirə bilərsiniz. Və ya həyata baxışınızı dəyişəcək 5 film izləyə bilərsiniz.

© Murad Məmmədov (facebookda izlə)

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma