Dünya tarixinin ən çox insan öldürən 10 virusu (pandemiyası)

2020-ci ilin başlanğıcından etibarən yayılmağa başlayan covid 19  (coronavirusu) virusu dünya səhiyyə təşkilatı tərəfindən pandemiya olaraq qəbul edildi. İnsaların bir çoxu bilərəkdən və ya cahillikdən bu günki durumu yanlış qiymətləndirərək,  gah dünyanın sonu, gah da amerikanın oyunu kimi gülməli şəkildə izah edirlər. Lakin coronavirus özü də daxil olmaqla, bu dünyada yayılmış, çox sayda insa ölümünə səbəb olan ilk virus deyil. Dünya tarixi daha dəhşətli pandemiyalar ilə üz-üzə qalıb. Bir çoxundan xilas olsaq da, bəziləri ilə hətta birlikdə yaşamağı öyrənmişik. İnsanları dezinformasiyadan yayındırmaq və marifləndirmək məqsədilə, dünya tarixinin ən çox insan öldürən 10 virusu haqda tərcümə etdiyim məqaləni sizlərlə bölüşürəm. Ümid edirəm bu yazını oxuyan hər kəs bir daha yayılan şahələrə uymaz.

HIV/AIDS

Qazanılmış immun çalışmazlığı və ya ümumi adıyla AİDS hələ də dünyada ilk sıralarda yer alan pandemiya xəstəliyidir.

Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata əsasən, ilk dəfə 1976-cı ildə rastlanılan bu xəstəlik, 1981-ci ildən bu yana 31 milyon insanı qətl edib.

Halhazırda 35 milyona yaxın insanın HİV pozitivlə yaşadığı təxmin edilir.

Hər il 1,6 milyon insan AİDS səbəbilə həyatını itirir. Xəstəlik 2005-2012-ci illər arasında ən pik dövrünü keçirirdi.

1968 QRİP XƏSTƏLİYİ

Nəfəs yoluna təsir edən tək xəstəlik coronavirus deyil. Influenza virusu, xalq arasında isə qrip kimi tanınan virus növüdür. 1968-ci ildə bu xəstəiyin mutasiyaya uğramış versiyası olan H3N2 versiyası bir milyon insanı öldürən xəstəliyə çevrildi.

Yüzdə beş ölüm faizinə sahib olan bu virus Hong Kong əhalisinin 15%-nin ölümünə səbəb olub. Flipin, Hindistan, Avstraliya, Avropa və ABŞ”da bu xəstəlikdən təsir görən digər ölkələr olub.

1956-1958 ASİYA QRİPİ

1968 xəstəliyindən 12 il öncə influenza  virusu yenə dünyada öz təsirini göstərirdi. Bu səfər H2N2 olaraq adlandırılan versiyası Çin”də ortaya çıxmışdı və 1958-ci ilə qədər xəstəlik davam etmişdi.

Xəstəliyin neçə nəfəri öldürdüyü tam bilinməsə də, DST”dən verilən məlumata görə təxminən 2 milyon insan həyatını itirib.


İSPAN QRİPİ (1918-1920)

Birinci dünya müharibəsinin son ilində H1N1 olaraq sinifləndirilən influenza pandemiyası bütün dünyanı bürümüşdü. Üç il davam edən xəstəlikdən təxminən 500 milyon insanın zərərçəkdiyi təxmin edilir.

İspan qripi olaraq tanınan xəstəlikdə ölü sayısı dəqiq olaraq bilinmir. Coronavirusdan fərqli olaraq sağlam və gənclərə də təsir edən bu virus 20 ilə 50 milyona yaxın insanı öldürdüyü təxmin edilir.

6-CI KOLERA XƏSTƏLİYİ

Kolera 19. və 20. yüzilliklərində ən çox insan ölümünə səbəb olan xəstəliklərin başında gəlir. 1800″lərin əvvəlindən etibarən dünya üzərində fərqli fərqli kolera xəstəlikləri olub.

1960-cı illərdən başlayan 7  kolera xəstəliyi hələ davam edir və pandemiya olaraq sinifləndirilib.

1910-1911 illərini əhatə edən 6-cı kolera xəstəliyi isə Hindistanda aşkarlanıb.
Xəstəliyin sadəcə Hindistanda 800 mindən çox insanı öldürdüyü təxmin edilir. Bir çox xəstəlikdən fərqli olaraq koleranın qaynağı virus deyil, “vibrio cholerae” adı verilən bir bakteriyadır.

1889-1890 QRİP XƏSTƏLİYİ

Asya və ya Rus qripi kimi tanınan bu xəstəlik yenə influenza mənşəllidir. 1889″da Buxara, Kanada və Qrenlandiyada təxminən eyni anda aşkarlanıb. Ümumilikdə isə dünya üzrə bir milyondan çox insanın ölümünə səbəb olub.

3-CÜ KOLERA XƏSTƏLİYİ

1852 – 1860 illərə rast gələn 3.kolera xəstəliyi 7 xəstəlik arasında ən öldürücü olanı kimi tanınır. Dünyada 8 ildən çox davam edən bu xəstəlik də Hindistanda başayıb.

Ganges çayı ətrafındakı əraziləri əhatə edən xəstəlik daha sonra fərqli qitələrə yayılaraq 1 milyondan çox insanı öldürdüyü təxmin edilir.


QARA ÖLÜM

14-cü yüzilliyə damğasını vuran vəba xəstliyi qara ölüm olaraq da adlanırılır. 1346-dan 1353-cü ilə qədər təsirli olan xəstəliyin tam olaraq nə qədər insanı öldürdüyü dəqiq bilinmir. Lakin tarixçilərin ən azı 75 milyon söyləməsinə baxmayaraq, 200  milyon olduğunu söyləyən bəzi araşdırmacılar da var.

Asiyada başlayan bu xəstəlik gəmilərlə Avropaya yayıldı. Həmən dövürlər Avropada şəhərləşmiş bütün kəndləri təsiri altına alan vəba xəstəliyi şəhərli əhalisinin çox bir hissəsini öldürdü. Tarixçilər dönəmin ən önəmli kəndlərindən olan Floransa da əhalinin üçdə birinin vəbadan öldüyünü təxmin edirlər.


JUSTİNİN VƏBASI

Qara Ölüm Orta əsirlərin sonuna qədər gəldi amma əsrin əvvəllərində başqa bir vəba xəstəliyi aşkarlandı.

541 ilində başlayan Justinian Vəbası xəstəliyi Bizans İmperiyasını təsiri altına aldı və baqa bölgələrdə də yayıldı. Vəba növünün 542 ilinə qədər 25 milyon insanı öldürdüyü təxmin edilir. Təkcə köhnə adı Konstantinapolis olan İstanbulda gündə 5 min insanın həyatına son qoyan bu virus, ümumilikdə kənd əhalisinin 40%ni məhv etdiyi qeyd olunur.


ANTONİON VƏBASI

165 ilində başlayan xəstəlik vəba olaraq təxmin edilsə də, xəstəliyin çiçək və ya qızılca olduğu qeyd edilir.

Anadolu, Misir, Yunanıstan və İtaliyada daha güclü olan xəstəlik, Roma əskərləri vasitəsilə bölgədən bölgəyə yayıldı. 5 milyondan çox insanı öldürən bu xəstəlik, Roma ordusunu da demək olar ki, yox etdi.

Mənbə: https://www.ntv.com.tr/

Qeyd: Gördüyümüz kimi, insan övladı bundan dəha dəhşətli hadisələrin öhdəsindən gəlib. Odur ki, bir olaraq bu pandemiyanın da öhdəsindən gələ bilərik. Bunun üçün saxta və panika yaradan xəbərlərdən uzaq olaq və hər birimiz vəziyyətin yaxşılaşması üçün nə edə biləcəyimiz haqda düşünək.

© Murad Məmmədov (facebookda izlə)

azad seks olmayanda yaranan problemler

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma