Nəyə necə yanaşırıq?

Qoltuq ağaclarımı görürsünüz? Bunlardan bir çox adam istifadə edir. Bəziləri düşünür ki, bu qoltuq ağacları onların daha rahat, daha sərbəst gəzməsi üçün bir baryerdir, çətinlikdir. Mən isə hesab edirəm ki, yaxşı ki, bu qoltuq ağacları var. Bunlarla mən evdən çıxıb, işə gedə bilirəm. Olmasaydılar, evdən çıxmağım daha da çətin olacaqdı. Varlar deyə, özümü daha çox inkişaf etdirib, bu çəliklərin yaratdıqları çətinlikləri kompensasiya edə bilirəm.
Bu özümə verdiyim yalançı motivasiya və saxta təsəlli deyil. Bu mənim mövcud duruma olan yanaşmamdır. Çünki 1-ci yanaşma ilə mən özümü bədbin hiss edib depresiaya qapıla bilərəm. 2-ci yanaşma ilə etdiklərimi sadaladım zatən.

Yanaşmalar çox önəmlidir. O qədər önəmlidir ki, doğuşdan ölənə qədər həyatımızın müqəddəratını təyin edir. Əlbətdə doğulduğumuz coğrafi məkanı, bizi yetişdirən insanları, sahib olduğumuz fiziki imkanları küçümsəməmək gərəkdir. Lakin hadisələrə, sahib olduğumuz imkanlara, bir sözlə, həyatımızda olan hər birşeyə olan yanaşma tərzimiz, bütün fərqliliklərin üzərindən böyük bir “X” çəkir.

Təxminən 23 yaşımda bir tədbirdə idim. Tədbir iştirakçılarından biri 35-45 yaşlarında polis əməkdaşı idi. Nahar vaxtı onunla həmsöhbət oldum. Söhbətimiz zamanı o belə bir ifadə işlətdi: “Hər birimiz, öz həyatımızın memarıyıq”. Bu cümlə məni çox valeh etmişdi, uzun müddət unuda bilmirdim. O zamandan bu yana, ən azı onun cümləsini tamamlayacaq qədər müdrikləşmişəm. Bəli, hər birimiz öz həyatımızın memarıyıq və bu tikintinin təməl daşı yanaşmamızdır.

Bu dünya bizim həyatımızdan ibarətdir. Yəni həyatımız necədirsə, dünyanı da o cür təsəvvür edirik. Dünyanı dəyişmək istəyiriksə, yanaşmamızı dəyişək. Hər şeyə olan yanaşmamızı. Ailəmizə, dostlarımıza, ətrafımıza və qoltuq ağaclarımıza…

© Murad Məmmədov (facebookda izlə)

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma