Onda həyatımız yaxşılaşacaqdı ?

Əlimdəki şəkilin birinci hissəsinə baxın.

Təsəvvür edin belə bir mobil oyun var.
Oyunun başlaması üçün bir dəfə düyməyə basıb əlinizi çəkirsiniz. Ardınca avtomobil tamamilə düz və boş yolda özü-özünə hərəkət edir.
Qarşıdan heç bir maniə gəlmir. Sadəcə bəzən bonuslar gəlir. Lakin götürmək üçün hansısa düyməyə basmırsınız, çünki düz avtomobilin üzərinə gəlir. Siz sadəcə saatlarla avtomobilin necə boş düz yol ilə hərəkət etməsinə, bəzən rənginin, ölçüsünün dəyişməsinə tamaşa edirsiniz. Çünki oyunda heç bir çətinlik yoxdur, hər şey özü özünə olacaq.
Saatlarla heç bir müdaxilə etmədiyinz avtomobil düz gedir və oyun bitir…

İndi şəkilin ikinci hissəsinə baxaq.
Təsəvvür edin belə mobil oyun var.
Avtomobili siz idarə edirsiz. Qarşıdan daş gəlir, daşı zamanında ötüb keçə bilsəz çox, keçə bilməsəniz isə az bonuslar alacaqsız. Bonuslarla avtomobili və yolunu dəyişə bilərsiz. Yolda başqa avtomobillər gəlib sizi keçirlər. Avtomobil idarə etməyi daha yaxşı öyrənib, gəlib hamısını keçərək qalib olursunuz, sizə çoxlu bonuslar verirlər. Oyunun birinci mərhələsi bitir, ikinci mərhələsi daha həyəcan dolu qaydalarla olacaq.

Oyunlar arasında seçim etməli olsaydınız, hansını seçərdiniz sualını verməyəcəm. Çünki onsuz da telefonlarınızda oynadığınız bütün oyunlar, şəkilin ikinci hissəsində olan oyunlardır. Birinciyə oxşayan oyunları isə proqramistlər hazırlamırlar Çünki hazırlasalar yükləyib oynamayacağıq.

2-ci oyunlar ona görə sevilir ki, insanlar məqsədlər qoymaq, onlara uğurunda yarışmağı, mübarizə aparmağı və qalib olmağı sevirlər. Hər nə qədər paradoksal səslənsə də, həyatın mənası və ləzzəti də məhs bu çətinliklərlə dolu yarışlardadır. Hər nə qədər bezsək də, ağlasaq da, “ölmək istəyirəm” desək də, həyatımızı rəngləndirən, mübarizələr sonrası əldə etdiyimiz “bonuslar”dır. Bəli bəzən yarışmağın özündən də bezirik, amma bu ayrı mövzudur.

Bu gün hər birimiz şəkilin birinci hissəsindəki kimi, maniələrsiz hamar bir həyat arzulayırıq. Lakin heç kəs qaranti verə bilməz ki, bu qədər düz və maniəsiz bir həyat, yuxarıdakı oyun kimi maraqsız, bezdiri və zəhlə tökən olmayacaqdı.

© Murad Məmmədov (facebookda izlə)

#motivasiya #özünüinkişaf #fəlsəfə

 

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma