Qorxularınızı atın

Dünən nahar saatlarında marketə girdim.

Tanımadığım satıcı qıza salam verdim, qorxmadım nahar edib etmədiyini soruşdum. İlk olaraq qız təxminən 2 saniyə donub üzümə baxdı, ardınca gileylənircəsinə “ehh yox hələ dedi” ardınca mən ona təbəssüm etdim, təsəlli edici bir iki söz dedim. Qarşılıqlı gülüşdük. Dodağını hərəkətə gətirən bütün əzələləri, naharının qayğısına qaldığım üçün olan məmnunluğu biruzə verirdi.

Yalnız bütün bunlardan sonra nə almaq istədiyimi dedim.

Bu gün səhər meditasiya edəndən sonra, bu fotonu çəkdim. İlk başda ənənəvi yanaşma ilə analiz etmək istədim ki, görəsən fotoda yaxşı düşmüşəm ya yox ? Analizdən sonra düşünəndə ki, yox yaxşı düşməmişəm, bədənim yaxşı görünmür, qorxmadım qərar verdim ki, bu fotonu paylaşmalıyam.

Evdən çıxanda yadıma düşdü ki, dünən avtomobili başqa məhəllədə saxlamışam. Gördüm çox asta sürəətlə başqa bir avomobil gəlir. Qorxmadım dayandım yolun ortasında ki, kənardan əl etsəm görməz, saxlamaz. Çatıb saxladı, dedim 100 metr düz qarşıya getməliyəm, dedi otur.

6 gündür həyatımda ciddi dəyişikliklər baş verir.

Həyatda nə varsa hamısına dair olan düşüncələrim dəyişib. Neçə gündür bunun səbəbini tapmaq üçün dəridən qabığdan çıxıram, deyəsən bir neçə saatdır ki tapmışam.

Qorxularım, kimisi ilə müqayisədə azalıb, kimisi ilə müqayisədə yox olub.

Qorxularımız azaldıqca azadlığımızı artırır. Azadlığımız xoşbəxtliyimizi artırır. Xoşbəxtliyimiz bizə imkan verir ki, başqalarının xoşbəxtliyini artıraq. Və belə sonusza dək müsbət şeylər baş verir.

Hər mövzuda fanatizmə qarşı olaraq, qızıl balansın “bəzən və biraz”da gizləndiyini zənn edirəm. Bu səbəbdən qorxusuzluğu da fanatı olmadan istifadə edin. Bəzən və bir az…

Həyata başqa gözlə baxmağa hazırsan?!

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma