Axırda nə oldu?

Bir gün 25 yaşında bir oğlan qarnında qurt olmağı səbəbilə gəlir həkimin yanına.

Həkim ona qurddan xilas olmaq üçün dərman yazır. Deyir bu dərmanı 5 gün hər gecə yatmazdan öncə qəbul et, üzərindən süd iç, yat.
Cavan oğlan 4 gün həkimin dediyinə olduğu kimi riaət edir. 5-ci gün gecə dərman qəbul edəndən sonra süd içmək yadından çıxır və yatır.

Yuxarıdakı sətirləri oxuyan hər kəs hekayənin belə bitməsini gözləmirdi, nəsə baş verməsini istəyirdi.

Bu gün kiminləsə tanış olanda o adamdan nəsə gözləyirik. Gözləyirik ki, o adam öz adını deyəndən sonra bizə başqa da nəsə söyləsin. Özü haqda danışsın, işindən, düşüncələrindən və sairə..

Ömür boyu hər şeydən, hər kəsdən nəsə gözləyirik. Axı niyə?

Daima nəsə gözləməyin sonu heç də hər zaman yaxşı bitmir. Belə olan halda sonda ya məyus ola bilərik, ya da qarşıdakı şəxs özünü nəyəsə məcbur hiss edə bilər.

Gözəl bir qızla tanış oldunsa, bu tanışlığın sonunda mütləq nəsə gözləmə. Ola bilər o qızın sevgilisi var, ola bilər o qızın cibində, bir neçə saat sonra havaya qalxacaq təyyarənin bileti var və sən nələrəsə bağlı olduğun üçün o qızın arxasınca gedə bilməyəcəksən.

Yaşlı bir kişinin dialoqunun sonunda hikmətli cümlə gözləmə, ola bilər o kişinin yaddaş problemi var və söhbəti yarımçıq bitirəcək. Söhbətin yarımçıq bitəcəyi təqdirdə itirdiyin zamana görə məyus olacaqsansa söhbətə başlama. Başlayırsansa yarımçıq bitə biləcəyi ehtimalını nəzərə al. Bu zaman nə o məyus olacaq nə də sən.

Ömür boyu hərkəsdən, hər şeydən nəsə gözləyərək özünüzün və başqalarının həyatını çətinləşdirməyin. Hər şeyə məna yükləməyə çalışmayın.

Həyatınızı daha da asanlaşdırmaq daha da gözələşdirmək istəyirsinizsə, həyatı qəlibləşdirməyin, hər an hər şeyin ola bilmə ehtimalını nəzərə almaq vərdişini özünüzdə formalaşdırın. Bu zaman həyatınızda daha öncə görmədiyiniz rənglər yaranacaq. Baxçanızdakı güllərin sayı artacaq.

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma