İntim məsafəm niyə pozulur ?

6-7 il öncə sevgili olduğum xanımla gəzərək üzü əhmədli metrosuna tərəf düşürdük.
⠀“Çudo Peçka”nin yanındakı pilləkənlərdən düşərkən, gördüm bir qaqaş əllərini açıb cumur ee üstümə. Çatıb mənə toxunanda dedim dayan!

+ Neyləyirsən?
– Kömək edirəm də sənə pilləkənləri düşməyə.
+ Mən özüm düşə bilirəm, kömək lazım olsa özüm kimdənsə istəyərəm.

Sonra hadisənin təəcübü və təbəssümü ilə qızla söhbətləşərək yolumuza davam etdik.

Psixologiyada, insanların ünsiyyət məsafəsini araşdıran “Proksemika” (eng: proximity) adlı sahə var. Bu sahə insanların insan ünsiyyət zamanı saxlamalı olduğu məsafəni öyrənir. Məsafə isə ünsiyyətdə olduğumuz insanla olan münasibətimizin statusuna görə dəyişir.

Məsələn:

İntim məsafə: 0 – 45 sm. Ən yaxın insanlarla ünsiyyət zamanı istifadə olunur.
Şəxsi məsafə: 45 – 120 sm. Tanış insanlarla maişət ünsiyyəti zamanı istifadə olunur.
Sosial məsafə: 120 – 400 sm. Yad insanlarla ünsiyyət zamanı istifadə olunur.
İnctimai məsafə: 400 – 750 sm. Müxtəlif auditoriyalar qarşısında çıxış zamanı istifadə olunur.

Bu məsafələrin pozulmasına ən çox məruz qalan şəxslərdən biri, bəlkə də birincisi əlilliyi olan şəxslərdir. Əlilliyi olan şəxslər mütamadi olaraq ən intim məsafələri olan 45-sm məsafələrinin də yad insanlar tərəfindən pozulmasına məruz qalır.

Mən bənzər mövzularda yazarkən, bir çox oxucu bu məsafəni pozan insanların pis niyyəti olmadığını, bunu onların xoşməramlı niyyətlərindən irəli gələn davranış kimi qiymətləndirirlər. Lakin oxucular anlamırlar ki, az qala hər gün intim məsfənin pozulmasına məruz qalmaq nə deməkdir. Niyyətindən aslı olmadan, çağdaş insanın riayət etməli olduğu etik qaydalar var. Bu qaydalardan biri kiməsə yardım etmədən öncə, onun yardıma ehdiyacı olub olmadığını soruşmaqdır. Digəri yazının ana mövzusudur. Məsafə saxlamaq bəzən qanunvericiliklə, bəzən etik qaydalar ilə tənzimlənir.

Gəlin beynəlxalq qurumların, mötəbər təşkilatların dünyanımızı daha da gözəlləşdirmək, inkişaf etdirmək naminə təyin etdikləri etik qaydalara riayət edərək, bu gözəl fəaliyyətin bir parçası olaq. Başa düşürəm, Azərbaycanlıyıq, istiqanlıyıq, emosionalıq. Lakin bütün bunlar, sözün əsil mənasında “özümüzü yaxın hiss edərək” kiminsə hüquqlarını pozmağa əsas vermir.

Belə isə, öncədən razılaşmaq şərti ilə hər kəslə qucaqlaşmağa hazıram. Çünki bu həyatda ən möhtəşəm şeyərdən biridir. Sevgi ilə qalın

© Murad Məmmədov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma