Əbədi xoşbəxtlik var ?

Əbədi xoşbəxtlik var?

21 yaşım olanda bir saytda fayl yükləmə meneceri olaraq aylıq 50 azn ödəniş müqabilində çalışırdım.
Düşünürdüm ki, tam xoşbəxtlik üçün bidənə də 200 aznlik filan iş tapsam hər şey olacaq əla. Elə həmən il əlavə olaraq 300 dollarlıq da bir işə düzəldim. Bir müddət çox xoşbəxt oldum. Sonra başqa rəqəmlər xəyalına düşdüm…

Biz insanlar ki varıq, çox qəribə varlıqlarıq. Bəzən nəyisə arzulayırıq və hesab edirik ki, o arzumuza çatdıqda əbədi xoşbəxtliyə qovuşacağıq. Bəli, əldə etdikdə bir müddət xoşbəxtik içərisində üzürük. Ardınca o xoşbəxtlik get gedə azalır, bir gün özümüzü yenə xoşbəxt hiss etməməyə başlayırıq. Çünki artıq başqa istəklərimiz və o istəklərimizin yolunda başqa problemlər durur.

Belə anlarda ətrafımızda deyib gülən insanları görüb bizdən başqa hər kəsin hər zaman xoşbəxt olduğunu zənn edirik. Lakin unuduruq ki, bütün insanların xoşbəxtliyi altı üstü eyni şeydən aslıdır. İstəklərindən, istəklərinin gerçəkləşməsindən. Yəni bütün insanlar bir az xoşbəxt olurlar, bir az məyus, bir az gülürlər, bir az kədərlənirlər.

“Əşi sən de görüm əbədi xoşbəxtlik var ya yox ?!”

Həm var, həm də yox!

Var ona görə ki, bu gün, dünən əbədi xoşbəxt olacağımızı zən etdiyimiz gündəyik! Yəni əslində xoşbəxtik, sadəcə xəbərimiz yoxdur.

Əbədi xoşbəxtlik ona görə yoxdur ki, istəklərimiz daima artacaq və biz tam da əbədi xoşbxtliyə qovuşduğumuzu zənn etdiyimiz bir zamanda, xoşbəxtliyə olan yanaşmamız yenə dəyişəcək.

Əgər əbədi xoşbəxt olmaq istəyirsinizsə, sahib olduğunuz şeylərdən həzz alın. Nə qədər ki, sahib olduğumuz şeylərdən həzz almaq əvəzinə, onları unudub bir küncə atacağıq, o qədər də xoşbəxtlik axtarışında olacağıq. Əslində xoşbəxtlik axtarışında olmaq da pis birşey deyil 

© Murad Məmmədov

Leave a Reply

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma