Təxminən 22-23 yaşımda iş həyatımdan tanıdığım əcnəbi bir vətəndaş tərəfindən rəsmi olmayan şam yeməyinə dəvət almışdım.
⠀
Restoran içəri şəhərdə yerləşirdi. Görüş çox maraqlı və dadlı keçdi. Görüşdən sonra taksilərlə evlərimizə dağılışırdıq, əcnəbi tanışım məndən soruşdu ki, sənin taksi pulunu vermək istəsəm nə düşünərsən bu haqda? Çox incə və kübar davranış olduğunu, lakin ehdiyac olmadığını dedim. Təsəvvür edirsiz? Pulu bir başa sürücüyə vermir aa, ilk öncə bu jestə münasibətimi soruşur. Bu çox gözəl xırdalıq idi.
⠀
Hərəkət etmək üçün istifadə etdiyim bu çəliklərdən bir cüt də, avtomobilimin yük hissəsində saxlayıram.
⠀
Düşünürəm ki, əgər ehtiyatda olmasa, ola bilər mən küçədə gəzərkən yıxılaram çəliklər qırılar. Təsəvvür edin ondan sonra zəng et kimdənsə kömək istə, sonra hər hansısa bir formada apteklər gəz yeni qoltuq ağacları axtar. Və bütün bunları qoltuq ağacı olmadığı üçün gəzə bilməyərək etməlisən Bu da mövcud riski minimallaşdıran gözəl xırdalıqdır.
⠀
Səharlar milyardlarla, hər biri xırda olan qum dənəciklərindən ibarətdir. Həyat özü xırdalıqlar üzərində qurulub. Bir insanın ölməyinin ən xırda səbəbi dünyaya gəlməsidir.
⠀
Əgər yaxşı bir iş ərsəyə gətirmək istəyirsinizsə, ən xırdasından başlayın. Hansısa bir mövzuda düşünüb, plan qurmaq istəyirsinizsə, o plan haqda necə düşünə biləcəyinizi düşünün. Hə doğru başa düşdünüz, zirvəyə yüksəlmək istəyirsinizsə, düşünmək haqda düşünmək lazımdır.
⠀
Sahib olduqlarımıza və ya sahib olmaq istədiklərimizə səthi yanaşdıqca, çox sayda nələrisə əldən buraxacağıq və xaos ilə üzləşmə qaçılmaz olacaq.
