Bizi illərdir aldadıblar? :)
⠀
Mən uşaq olanda bir dəfə nənəm qərar vermişdi ki, bərbər mənim saçımı məhəllədə kəssin.
⠀O günü hələdə xatırlayıram. Bərbər saçımı kəsirdi, mən ağlayırdım, bəzi məhəllə uşaqları gülüşürdü, küçədən keçən insanlar da baş verənlərə baxırdı.
⠀
Bu mənim saçlarla bağlı həyatımda olan yeganə dramatik hekayədir. Bu günlərdə isə ev yoldaşımla söhbət zamanı, onun “niyə keçəl etdin” mənim isə “saç nəyə lazımdır ki” cavabım məni başqa bir problemə fokuslanmağa səbəb oldu.
⠀
Hər gün milyonlarla insan ağaran saçların ona yaraşmadığını zənn edərək saç boyası alır. Şirkətlər milyardlar qazanır.
Bəzi insanlar onlara “Sənə filan şey yaraşmır” deyildiyi üçün, saçını kəsdirir, geyimini dəyişir, həyatını dəyişir.
⠀
İnsan bu dəyişiklikləri öz marağından yox, başqasının “yaraşmır” sözünə görə etdiyi üçün, sonradan ən yumuşaq halda depresiya, ən pis halda isə bəxtbəxt bir həyat tərzi ilə üz-üzə qala bilər.
⠀
Bu gün mən Murad Məmmədova kimsə nəyinsə yaraşmadığını deyəndə, səhv başa düşər deyə, üzdə olmasa da, içimdə xeyli gülürəm. Çünki kiməsə nəyinsə yaraşması və ya yaraşmaması deyə bir anlayış yoxdur, cəfəngiyatdır
⠀
İnsanlar adətən bunu 2 səbəbdən düşünürlər.
⠀
Bir – Ya gözü məhs bir şeyi görməyə öyrəşib, başqasını görəndə gözə eyni və doğma görünmədiyi üçün yaraşılmadığı zənn edilir. Məsələn hər zaman qara geyinib, bu dəfə qırmızı geyinəndə elə bilir ki, yaraşmır.
⠀
İki – Haradasa nəsə görüb, eşidib və nəyinsə istifadəsi zamanı şuuraltına oturuşmuş o gördüyü və ya eşitdiyinə görə dəyərləndirmə edir, yaraşıb yaraşmadığına qərar verir.
⠀
İstədiyiniz rəngə boyanın, istədiyiniz görkəmə girin. Sizə hər şey yaraşır və sizə heçnə yaraşmır! Hansını düşünsəniz həqiqət odur, reallıq da o olacaq.
